SON XƏBƏRLƏR

TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ: «ERMƏNİSTAN GÖRÜŞLƏRİN GİZLİ QALMASINI İSTƏYİR»

2021.10.20, 07:36
TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ: «ERMƏNİSTAN GÖRÜŞLƏRİN GİZLİ QALMASINI İSTƏYİR»

Gunaz.tv
TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ: «ERMƏNİSTAN GÖRÜŞLƏRİN GİZLİ QALMASINI İSTƏYİR» th102604625.jpg Əli Babacan Türkiyənin xarici işlər naziri Əli Babacan NTV telekanalına müsahibəsində deyib ki, Ermənistan Türkiyə ilə keçirilən görüşlərin gizli qalmasını istəyir. Nazir bildirib ki, rəsmi Yerevan kifayət qədər çox və güclü olan erməni lobbisinin təzyiqindən qorxduğu üçün bu məsələdə gizliliyə daha çox önəm verir. Nazirin sözlərinə görə, erməni lobbisini Ermənistanın üz-üzə qaldığı səfalət, iqtisadi böhran, erməni xalqının ağır vəziyyəti qətiyyən maraqlandırmır. AzərTAc-ın məlumatına görə, Ə.Babacan onu da əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Türkiyə əvvəlki kimi regional problemlərin həllində səylərini artırmaqda davam edəcək. Bu, xüsusilə Cənubi Qafqazda Sülh və Əməkdaşlıq Platformasına aiddir. Xarici İşlər Nazirliyi Təhlükəsizlik Şurası ilə əlaqəli fəaliyyət göstərəcək iki işçi qrupu yaradıb. Bunların biri Ankarada, digəri Nyu-Yorkda fəaliyyət göstərəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar