SON XƏBƏRLƏR

Azərbaycan prezidentinin Tehrana səfəri planlaşdırılır

2021.10.20, 07:36
Azərbaycan prezidentinin Tehrana səfəri planlaşdırılır

Gunaz.tv
Azərbaycan prezidentinin Tehrana səfəri planlaşdırılır nasir_hamid_zare1.jpg İranın xarici işlər naziri Manuçöhr Mottakinin isə bu ilin sonunadək Azərbaycana səfəri gözlənilir Azərbaycan prezidentinin və Milli Məclis sədrinin Tehrana səfəri planlaşdırılır. İranın xarici işlər naziri Manuçöhr Mottakinin isə bu ilin sonunadək Azərbaycana səfəri gözlənilir. Bunu İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib. O qeyd edib ki, səfər çərçivəsində İran-Azərbaycan hökumətlərarası komissiyasının iclası da keçiriləcək, əməkdaşlıq məsələləri müzakirə olunacaq. Səfir bildirib ki, səfərlərin vaxtı dəqiqləşdirilir. Nasir Həmidi Zare həmçinin deyib ki, parlamentlərarası dostluq qrupunun Bakıya gəlməsi də planlaşdırılır. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar