SON XƏBƏRLƏR

Azərbaycan üçün canımızı verməyə hazırıq . Nurəddin Aras:

2021.10.20, 07:36
Azərbaycan üçün canımızı verməyə hazırıq . Nurəddin Aras:

Gunaz.tv
"Azərbaycan üçün canımızı verməyə hazırıq" Nurəddin Aras: "Ermənistan sərhədlərin açılmasını istəyirsə, işğalçılıq siyasətinə son qoymalıdır" "Ermənistan işğal altında olan Dağlıq Qarabağdan qoşunlarını geri çəkmədən Türkiyənin bu ölkə ilə sərhədlərinin açılmasından söhbət gedə bilməz". Bu fikirləri "OLAYLAR"İA-ya İqdır bələdiyyəsinin sədri Nurəddin Aras barəsində yayılan məlumatlara aydınlıq gətirərkən səsləndirib. İqdır bələdiyyəsinin sədri bildirib ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə ilk öncə işğalçılıq siyasətinə son qoymalı və sülhə meyili olduğunu nümayiş etdirməlidir: "Əgər Ermənistan işğalçılıq siyasətini davam etdirirsə və Dağlıq Qarabağdan öz qoşunlarını geri çəkmirsə, o halda biz sərhədlərin açılmasını məqsədəuyğun hesab edə bilmərik. Mən İqdır bələdiyyə sədri kimi 16 il əvəl söylədiyim fikirlərin üstündə dururam və yalnız Dağlıq Qarabağın işğalına son qoyulduqdan sonra sərhədlərin açılmasını məqbul sayıram". Nurəddin Aras Türkiyə prezidenti Abdullah Gülün bir müddət əvvəl reallaşdırdığı Ermənistan səfərinə də aydınlıq gətirib:"Əgər bu səfərlə bağlı Azərbaycan hakimiyətinin, eləcə də Türkiyənin Milli İstihbarat Təşkilatı və diasporanın dəstəyi alınıbsa, onda biz də həmin səfəri razılıqla qarşılayırıq. Yox, əgər bu səfər heç bir dəstək olmadan, müstəqil şəkildə qərarın qəbul edilməsi ilə baş tutardısa, o halda biz də həmin səfərə qarşı çıxardıq". Nurəddin Aras Ermənistanın işğalçılıq siyasətinə son qoyulmayacağı təqdirdə Türkiyənin mövqeyinin dəyişməyəcəyini deyib: "Azərbaycan üçün canımızı verməyə hazırıq. Bu günə qədər Azərbaycanı hansı formada dəstəkləmişiksə, bu dəstək bundan sonra da davam edəcək". Bələdiyyə sədri İqdırda ümummilli lider Heydər Əliyev adına parkın baxımsız hala düşməsi və İlham Əliyev adına bulvarda olan lövhənin götürülməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Bunlar hamısı yalan və əsası olmayan məlumatlardır. Müxtəlif insanlar və qüvvələr bu cür əsassız məlumatlar yaymaqla aramızda problem yaratmağa çalışırlar. Həm Heydər Əliyev adına park, həm də İlham Əliyev bulvarı olduğu kimi qalır və hər bir diqqət göstərilir. Heydər Əliyev bizim ümummilli liderimizdir və Azərbaycanda olduğu kimi Türkiyədə də ona böyük sayğı ilə yanaşılır. Azərbaycanla Türkiyə arasında olan münasibətlərin daha da inkişaf etdirilməsində Heydər Əliyevin müstəsna xidmətləri olub və biz bu xidmətləri yüksək dəyərləndiririk".olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar