SON XƏBƏRLƏR

«Akkord» şirkəti ilin sonunadək Azərbaycanda bir neçə yeni körpü istifadəyə verəcək

2021.10.20, 07:36
«Akkord» şirkəti ilin sonunadək Azərbaycanda bir neçə yeni körpü istifadəyə verəcək

Gunaz.tv
«Akkord» şirkəti ilin sonunadək Azərbaycanda bir neçə yeni körpü istifadəyə verəcək Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu ilin sonunadək Azərbaycanın Bakı və Xırdalan şəhərlərində bir neçə yeni körpü, piyada keçidi və tunel istismara veriləcək. «Akkord İnşaat Sənaye» şirkətinin memarlıq və dizayn departamentinin memarı xanım Yeganə Hacıyevanın «APA-ECONOMICS»ə verdiyi məlumata görə, artıq cari ilin noyabr ayının sonunda ölkədə böyüklüyünə görə ikinci olan avtomobil körpüsü istifadəyə veriləcək. Həmin körpü Heydər Əliyev prospekti, Babək prospekti və Y.Səfərov küçəsindəki yolları birləşdirərək yol qovşağı yaradacaq: «Həmin yol qovşağında 4 körpü və 2 tunelin tikintisi artıq başa çatır». Y.Hacıyeva həmçinin qeyd edib ki, cari ilin sonunadək Xırdalan şəhərində yeni körpü və Xırdalan dairəsində tunel istifadəyə veriləcək: «Biz həmçinin ilin sonunadək Bakının Nobel prospekti üzərindən keçən dəmir yolu körpüsünü və hazırda şəhərin müxtəlif yerlərində tikintisi davam etdirilən piyada körpülərini istismara verəcəyik». Qeyd edək ki, «Akkord» Şirkətlər Qrupuna daxil olan «Akkord İnşaat Sənaye» şirkəti 2005-ci ildən fəaliyyət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar