SON XƏBƏRLƏR

AZƏRBAYCAN ƏSİLLİ AMERİKA SAHİBKARI DEYİR Kİ, BAKIDA EVLƏRİN QİYMƏTİ NYU-YORKDAN YÜKSƏKDİR

2021.10.20, 07:36
AZƏRBAYCAN ƏSİLLİ AMERİKA SAHİBKARI DEYİR Kİ, BAKIDA EVLƏRİN QİYMƏTİ NYU-YORKDAN YÜKSƏKDİR

Gunaz.tv
AZƏRBAYCAN ƏSİLLİ AMERİKA SAHİBKARI DEYİR Kİ, BAKIDA EVLƏRİN QİYMƏTİ NYU-YORKDAN YÜKSƏKDİR paulmurad1.jpg Azərbaycan əsilli Amerika sahibkarı, 33 yaşlı Pol Murad ölkədə daşınmaz əmlak və investisiya sahəsində biznes əlaqələri qurmaq fikrindədir. O Azərbaycanda müxtəlif brend və media layihələri də irəli sürmək niyyətindədir. «Turan»ın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında P.Murad özü deyib. Daşınmaz əmlak və investisiyalar sahəsində ixtisaslaşan «METROPLEX» şirkətlər qrupunun prezidenti olan P.Murad həmçinin tele-şou aparıcısı və xeyriyyəçidir. Mətbuat konfransında o, dünya maliyyə böhranının Azərbaycanda daşınmaz əmlak bazarına təsir etmədiyni deyib: «Sizin ölkəniz dünya maliyyə sistemi ilə çox əlaqəli olmadığından əlverişli vəziyyətdədir». P.Murad iri «Costas Kondylis and partners» memarlıq şirkətini – Manhettendə (Nyu-York) 80-dən çox binanın müəllifi olan milyonçu Donald Trampı da təmsil edir. Şirkət Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Qazaxıstan və Rusiyada bir çox layihələr işləyib: «İndi biz Azərbaycanla əməkdaşlıq etmək istəyirik. Sizə yüksək səviyyəli və ən yaxşı dizaynlı müasir memarlıq təklif edirik». Biznesmen Nyu-Yorkda və Bakıda evlərin qiymətləri arasında ciddi fərq olmadığını vurğulayıb: «Əsas tikintinin keyfiyyətidir. Bizim memarlıq planımız yalnız binanın xaricində deyil, həm də daxilində bütün incəlikləri nəzərə alır. Bu mənada Amerika yaxşı modeldir – onu öz mədəniyyətinə uyğunlaşdırmaq və yaxşılaşdırmaq olar. Qiymətlər isə sizdə, demək olar, bizdəki kimidir və hətta yüksəkdir». P.Murad ömrünün il 5 ilini Bakıda keçirib, 10 il Rusiyada yaşayıb, son 7 ili isə ABŞ-ın Las-Veqas şəhərində yaşayır. 16 yaşında o, Amerikaya gələrək Oklahoma ştatında universitetə qəbul olunub, maliyyə təhsili alıb. İspaniya və Honkonqda da oxuyan P.Murad Cənubi Amerika, Tayvan, Koreya və Yaponiyada işləyib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar