SON XƏBƏRLƏR

Qazaxıstan öz sülhməramlılarını İraqdan çıxarıb

2021.10.20, 07:36
Qazaxıstan öz sülhməramlılarını İraqdan çıxarıb

Gunaz.tv
Qazaxıstan öz sülhməramlılarını İraqdan çıxarıb Astana – APA. Qazaxıstan hökuməti sülhməramlı qüvvələrini İraqdan çıxarıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, qazax hərbçiləri İraq hökumətinin xahişi ilə bu ölkəni tərk ediblər. Sülhməramlı kontingent qarşıya qoyulan vəzifələri tam yerinə yetirib və İraqdakı missiyasının başa vurub. Xatırladaq ki, Qazaxıstan öz sülhməramlı kontingentini 2003-cü ilin avqustunda İraqa göndərib. APA ------------------------------------------------------------------------- Avropa İttifaqı Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyannamə yayıb Bakı-APA. Avropa İttifaqının Sədrliyi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyannamə yayıb. Bu barədə APA-ya Avropa İttifaqına sədrlik edən Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bəyannamədə bildirilir ki, Avropa İttifaqı seçkilərin daha yaxşı keçirilməsi üçün mövcud cəhdləri, həmçinin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Venesiya Komissiyasının təklif etdiyi tövsiyələrin bəzilərini nəzərə alan Seçki Məcəlləsinə edilmiş dəyişiklikləri qeydə alır: “Buna baxmayaraq, Avropa İttifaqı qeyd edir ki, bu seçkilər ictimai debatların təşkil olunması, səsvermənin keçirilməsi və səslərin hesablanması baxımından beynəlxalq demokratik standartlara hələ riayət etmir. Avropa İttifaqı təkidlə Azərbaycanın hakimiyyət orqanlarını demokratik plüralizm və media azadlığı sahəsində üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə riayət üçün etdikləri cəhdləri davam etdirməyə çağırır. O, Avropa Qonşuluq Siyasəti çərçivəsində, Azərbaycanın demokratik təsisatlarının inkişafına öz dəstəyini davam etdirmək niyyətini bir daha təsdiq edir”. Bu bəyannaməyə Avropa İttifaqının üzvlərindən başqa quruma namizəd ölkələr – Xorvatiya, Makedoniya, Stabilizasiya və Assosiasiya Prosesinin ölkələri və potensial namizədlər Albaniya, Bosniya-Herseqovina, Monteneqro, Serbiya, və Avropa Sərbəst Mübadilə Assosiasiyasının üzv ölkələri, Avropa İqtisadi Məkanının üzvləri İslandiya və Norveç də qoşulub. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar