SON XƏBƏRLƏR

Donorlar Gürcüstana yardımı müzakirə edirlər

2021.10.20, 07:36
Donorlar Gürcüstana yardımı müzakirə edirlər

Gunaz.tv
Donorlar Gürcüstana yardımı müzakirə edirlər 20080914113602x-abkhazia--203.jpg Tbilisi bildirir ki, əsas məsələ müharibə zamanı evləri dağılmış 65 min qaçqını yerləşdirməkdir Brüsseldə görüşən qərbli donorların Rusiya ilə münaqişədən sonra Gürcüstanın yenidən qurulmasına milyardlarla dollar vəd edəcəkləri gözlənilir. ABŞ artıq bir milyard dollar ayıracağını söz verib. Avropa İttifaqına üzv ölkələrin və Dünya Bankı kimi beynəlxalq təşkilatların da ödəniş edəcəkləri gözlənilir. Gürcüstan deyir ki, infrastruktur və iqtisadiyyata dəyən ziyanı bərpa etmək üçün üç milyard dollara ehtiyacı var. Amma rəsmi Tbilisi bildirir ki, əsas məsələ müharibə zamanı evləri dağılmış 65 min qaçqını yerləşdirməkdir. Rusiya bu konfransa dəvət olunmayıb. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar