SON XƏBƏRLƏR

Hindistan və Pakistan ticarət yolu açıb

2021.10.20, 07:36
Hindistan və Pakistan ticarət yolu açıb

Gunaz.tv
Hindistan və Pakistan ticarət yolu açıb meyve.jpg 60 illik fasilədən sonra ilk dəfə olaraq Hindistan və Pakistan ticarət yolu açıb. Ötən gün meyvə bal və digər ərzaq məhsulları ilə yüklənmiş avtomobillər Kəşmir əyalətindən keçib. Ticarət əlaqələrin bərpası yerli əhali tərəfindən yüksək qiymətləndirilib. Siyasi ekspertlər də iki ölkə arasında ticarət əlaqələrinin bərpasının 2004-cü ildə əldə olunmuş sülh sazişinin möhkəmlətməsinə xidmət edəcəyini proqnozlaşdırır. -------------------------------------------------------------------- Taliblərə qarşı xüsusi əməliyyat keçirilib taliban.jpg Əfqanıstanın Vardak əyalətində NATO hərbi qüvvələri əfqan ordusu ilə birgə Taliblərə qarşı xüsusi əməliyyat keçirib. Koalissiya qüvvələrin hərbi aviasiyası taliblərin hərbi düşərgələrinə raket bomba zərbələri endirib. Nəticədə 10 silahlı qətlə yetirilib daha 50 nəfər yaralanıb. Xüsusi əməliyyat nəticəsində xeyli sayda silah-sursat aşkar edilərək müsadirə olunub. Koalissiya qüvvələrin itkiləri haqda məlumat verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar