SON XƏBƏRLƏR

Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrini təsdiqlədi YENİLƏNİB

2021.10.20, 07:36
Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrini təsdiqlədi YENİLƏNİB

Gunaz.tv
Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrini təsdiqlədi YENİLƏNİB konistitusiya-mehkemesi-ilh.jpg İlham Əliyev 88,73 % səs toplayaraq, Azərbaycan Respublikasının Prezidenti seçilib Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 15 oktyabr prezident seçkilərinin Mərkəzi Seçki Komissiyasının 19 oktyabr tarixli qərarında göstərilmiş nəticələrini təsdiq edib. Lent.az-ın əməkdaşının Məhkəmədən verdiyi xəbərdə bildirilir ki, məhkəmə baxışının yekununda elan olunmuş yarım saatlıq fasilədən sonra KM-nin sədri Fərhad Abdullayev çıxış edib. KM sədri bildirib ki, MSK səsvermənin nəticələrinə dair tərtib etdiyi protokolu oktyabrın 19-da təsdiqləyib. MSK protokol, qərar və onlara əlavə olunmuş sənədləri seçkinin nəticələrinin rəsmən təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Konstitusiya Məhkəməsi tərəfindən təqdim olunan sənədlərin qanunauyğunluğunu yoxlamaq məqsədilə müvafiq ekspertlər cəlb olunub: “Seçki qutularında 3 700 634 seçki bülleteni müəyyən edilib, bunlardan 57768-i etibarsız sayılıb. Etibarlı hesab edilən 6642874 səs prezidentliyə namizədlər arasında aşağıdakı qaydada bölünüb. İlham Əliyev – 3232359 səs və ya 88,73 faiz İqbal Ağazadə – 104279 səs və ya 2,86 faiz Fazil Mustafayev – 89985 səs və ya 2,47 faiz Qüdrət Həsənquliyev – 83037 səs və ya 2, 28 faiz Qulamhüseyn Əlibəyli – 81120 səs və ya 2, 20 faiz Fuad Əliyev – 28423 səs və ya 0, 78 faiz Hafiz Hacıyev – 23771 səs və ya 0,65 faiz”. Qərarda bildirilir ki, Azərbaycanda 15 oktyabrda keçirilən prezident seçkilərində səsvermənin nəticələrinə görə, prezidentliyə namizəd İlham Heydər oğlu Əliyev 88,73 % səs toplayaraq, Azərbaycan Respublikasının Prezidenti seçilib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar