SON XƏBƏRLƏR

Gürcüstan radiosu Azərbaycan dilində informasiya buraxılışlarının yayımına başlayıb

2021.10.20, 07:36
Gürcüstan radiosu Azərbaycan dilində informasiya buraxılışlarının yayımına başlayıb

Gunaz.tv
Gürcüstan radiosu Azərbaycan dilində informasiya buraxılışlarının yayımına başlayıb radio_ereti.jpg Proqramlar Kaxeti regionundakı hadisələrə həsr olunacaq Gürcüstanın “Ereti” radiosu (Laqodexi şəhəri) rus və Azərbaycan dilində həftəlik informasiya buraxılışlarına başlayıb. “Novosti-Qruziya” agentliyinin məlumatına görə, buraxılışlar bazar günü saat 14.00-15.00 radələrində efirə veriləcək. Proqramlar Kaxeti regionundakı hadisələrə həsr olunacaq. “Ereti” müstəqil radiostansiyasının proqramının yayım dairəsi Kaxeti regionunu və Azərbaycanla sərhəd əraziləri əhatə edəcək. Bu layihə Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Qeyd edək ki, “Ereti” radiosunun informasiya buraxılışları hər yarım saatdan bir yayımlanır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar