SON XƏBƏRLƏR

Bu gün(22 oktyabr) MDB DİN rəhbərləri Soçidə toplaşır

2021.10.20, 07:36
Bu gün(22 oktyabr) MDB DİN rəhbərləri Soçidə toplaşır

Gunaz.tv
Bu gün(22 oktyabr) MDB DİN rəhbərləri Soçidə toplaşır mdb-din-nazirler.jpg Azərbaycan daxili işlər naziri Ramil Usubov da iştirak etdiyi iclasda kriminal avtomobil biznesinə qarşı mübarizə məsələləri müzakirə olunacaq Oktyabrın 22-dən 24-dək Soçidə MDB Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) iclası keçiriləcək. Məlumatı AzərTAc-a Azərbaycan Daxili İşlər Nazirliyinin RF-dəki səlahiyyətli nümayəndəsi Vaqif Şərifov verib. İclasın işində Azərbaycan daxili işlər naziri Ramil Usubov iştirak edəcək. Ənənəyə görə, Birlik üzvü olan ölkələrin DİN rəhbərlərinin iclasında görülmüş işlərin yekunları, hüquq mühafizə orqanlarının əməkdaşlıq perspektivləri və transmilli cinayətkarlığa qarşı mübarizədə səylərin əlaqələndirilməsi məsələləri müzakirə ediləcək. İclasda kriminal avtomobil biznesinə qarşı mübarizə məsələləri ətrafında da fikir mübadiləsi aparılacaq. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar