SON XƏBƏRLƏR

“Qaz OPEK-i” yaradıldı

2021.10.20, 07:36
“Qaz OPEK-i” yaradıldı

Gunaz.tv
“Qaz OPEK-i” yaradıldı qaz-opek.jpg Təbii qaz bazarında da monopoliyanın əsası qoyuldu Rusiya, Qətər və İran təbii qazın ixracı ilə bağlı razılaşmalar imzalanan zaman əməkdaşlıq barədə razılaşmaya gəliblər. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tehranda keçirilən görüşdə “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller, İran neft naziri Qulamhüseyn Nouzari və Qətər energetika və sənaye naziri Abdulla bin Hamad əl-Atıya birgə bəyanatla çıxış ediblər. Ekspertlər bildirirlər ki, artıq “qaz OPEK-nin” yaradılmasından söhbət gedə bilər. Rusiya qaz ehtiyatına görə dünyada birinci (25,2 faiz), İran ikinci (15,7 faiz), Qətər isə üçüncü (14,4 faiz) yeri tutur. Bu ölkələr ümumilikdə dünya qaz ehtiyatının təxminən 55 faizinə nəzarət edirlər. Qeyd edək ki, bir çox qaz istehlakçıları, o cümlədən Avropa Birliyi ölkələri və ABŞ təbii qaz bazarında monopoliya yaranacağından ehtiyat edərək belə bir qurumun yaradılmasına etiraz edirdilər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar