SON XƏBƏRLƏR

Dağıstanda iri miqyaslı döyüşlər başlayıb

2021.10.20, 07:36
Dağıstanda iri miqyaslı döyüşlər başlayıb

Gunaz.tv
Dağıstanda iri miqyaslı döyüşlər başlayıb dagis-doyush.jpg Mahaçqala yaxınlığındakı toqquşmada 4 OMON əməkdaşı öldürüldü Dağıstanda hüquq-mühafizə orqanları və naməlum silahlı qruplaşma arasında iri miqyaslı döyüşlər başlayıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Mahaçqala şəhərindən 30 kilometr cənub-qərbə başlayan döyüş zamanı 4 OMON əməkdaşı öldürülüb, 9 milis işçisi isə yaralanıb. “France Presse” agentliyi isə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, döyüş zamanı 5 milis əməkdaşı öldürülüb. Mətbuat xidməti silahlı qruplaşmanın içində milis əməkdaşları olan 3 maşından ibarət avtokolona qəflətən hücum etdiyini bildirir. Hücum edənlərin sayı barədə məlumat yoxdur. Döyüş davam edir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar