SON XƏBƏRLƏR

Rusiya Çexiya ərazisində yerləşdiriləcək ABŞ raket hücumundan müdafiə sistemini təftiş etmək istəyir

2021.10.20, 07:36
Rusiya Çexiya ərazisində yerləşdiriləcək ABŞ raket hücumundan müdafiə sistemini təftiş etmək istəyir

Gunaz.tv
Rusiya Çexiya ərazisində yerləşdiriləcək ABŞ raket hücumundan müdafiə sistemini təftiş etmək istəyir Moskva-APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ-ın Çexiyada raket hücumundan müdafiə sistemi yerləşdirməsi ilə bağlı narahatlığı yalnız bu obyektlərdə rus nümayəndələrin iştirakı ilə aradan qaldırıla bilər. APA-nın məlumatına görə, Lavrov amerikalı həmkarı Kondoliza Rays və Pentaqon rəhbəri Robert Qeytslə bu obyektlərin Rusiya tərəfindən daim təftiş edilməsi barədə şifahi razılıq əldə olunduğunu bildirib. Lakin sonradan ABŞ-ın təqdim etdiyi sənəddə bu məsələ öz əksini tapmayıb. Qeyd edək ki, iyulun 8-də ABŞ-la Çexiya arasında bu ölkə ərazisində ABŞ raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə dair saziş imzalanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar