SON XƏBƏRLƏR

Azərbaycanda İnsan Kapitalı Fondu yaradılır...

2021.10.20, 07:36
Azərbaycanda İnsan Kapitalı Fondu yaradılır...

Gunaz.tv
Azərbaycanda İnsan Kapitalı Fondu yaradılır... jchotair07.jpeg Bu təşəbbüslə çıxış edən İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı artıq dövlət qurumları və bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin ixtisaslaşan qurumları ilə danışıqlara başlayıb. Bir müddət əvvəl İRƏLİ adından həmtəsisçi Ceyhun Osmanlı Azərbaycanda İnsan Kapitalı Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Təklif etdikləri bu təşəbbüsün gələcəkdə dövlət və özəl sektorun kadrlarla təmin olunması işini asanlışdaracağını deyən həmtəsisçi qeyd edib ki, bunun üçün dünya təcrübəsinə istinad etmək vacibdir: "Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi sübut etdi ki, hər cür inkişafın kökündə dayanan əsas faktor - insandır. Bu gün ən inkişaf etmiş ölkələr ərazisi, əhalisi və sərvəti çox olanlar deyil, insan kapitalı güclü olanlardır. Bu gün Azərbaycan əhalisinin mütləq əksəriyyətinin təhsilli olması bizə deməyə əsas verir ki, güclü insan kapitalının formalaşdırmaq üçün yaxşı baza var. Təhlillər göstərir ki, bütün bu məsələləri kompleks şəkildə həll etmək məqsədi ilə Azərbaycanda insan kapitalı siyasətinin genişləndirilməsinə və İnsan Kapitalı Fondunun yaradılmasına böyük ehtiyac var. Belə bir fondun yaradılması hazırda Azərbaycanda və xaricdə olan böyük bir gənc peşəkarlar sinfinin səmərəli koordinasiya olunmasına və müasir dünyadakı elmi, texniki və mədəni tərəqqinin Azərbaycana transfer olunmasına şərait yaradar". Təşəbbüsün reallaşdırılması istiqamətində artıq ilkin addımlar atdıqlarını bildirən Ceyhun Osmanlı dövlət qurumları və bir sıra beynəlxalaq təşkilatlarla, o cümlədən BMT-nin ixtisaslaşan qurumları ilə danışıqlara başladıqlarını söyləyib. Ülviyyə Şamilqızı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar