SON XƏBƏRLƏR

Abxaziya və Cənubi Osetiyanın sərhədini FTX qoruyacaq

2021.10.20, 07:36
Abxaziya və Cənubi Osetiyanın sərhədini FTX qoruyacaq

Gunaz.tv
Abxaziya və Cənubi Osetiyanın sərhədini FTX qoruyacaq ftx-rossiya.jpg Rusiya qoşunlarını Gürcüstan ərazisinə yeritmək üçün hüquqi baza yaradır Rusiya Xarici İşlər Nazirliyi Abxaziya və Cənubi Osetiya sərhədlərini Federal Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələrinin qoruması barədə razılaşma hazırlandığını bildirib. Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, sənəd prezident Dmitri Medvedevin oktyabrın 20-də parlamentə təqdim etdiyi dostluq, əməkdaşlıq və qarşılıqlı yardım barədə razılaşma Dövlət Duması tərəfindən təsdiq ediləndən sonra imzalanacaq. Prezident deputatlardan sənədləri birinci olaraq nəzərdən keçirməyi xahiş edib. Dövlət sərhədlərinin qorunması hər iki sənədin yeddinci bəndində əksini tapıb. Bu sənədlərə görə, sərhədlər tərəflərin birgə səyi ilə qorunacaq. Bununla bağlı müvafiq razılaşmaların imzalanması da nəzərdə tutulub. Razılaşmalarda Rusiya qoşunlarının Abxaziya və Cənubi Osetiya ərazisində yerləşdirilməsinə hüquqi baza da yaradılır. Qeyd edək ki, Rusiya müdafiə naziri Anatoli Serdyukov sentyabrın əvvəlində prezidentə məruzəsində Abxaziya və Cənubi Osetiya ərazilərində 3800 rus əsgərinin yerləşdirilməsi ilə bağlı razılıq əldə olunduğunu bildirib. Həm abxaz, həm də osetin tərəfi razılaşmaları imzalamağa, eləcə də rus sərhədçilərini qəbul etməyə hazır olduqlarını bildiriblər. Gürcüstan Xarici İşlər Nazirliyi isə Rusiyanın “imperialist planını” həyata keçirəndən sonra mövqeyini bildirəcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar