SON XƏBƏRLƏR

Medvedev Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada görüşəcəklərini bildirib

2021.10.20, 07:36
Medvedev Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada görüşəcəklərini bildirib

Gunaz.tv
Medvedev Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada görüşəcəklərini bildirib med-sar-ali.jpg Rusiya prezidenti tərəfləri avqust hadisələrindən dərs çıxartmağa çağırıb Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan yaxın zamanlarda Rusiyada görüşə bilərlər. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya prezidenti Dmitri Medvedev İrəvana səfəri zamanı bəyanat verib. Rusiya prezidenti hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi bütün tərəflərin marağı nəzərə alınmaqla hüquqi-razılaşma çərçivəsində həll olunmalıdır: “Avqust hadisələri göstərdi ki, problem beynəlxalq prinsiplərdən çıxış etməklə, beynəlxalq razılaşmalar əsasında həll edilməlidir. Başqa heç bir yol müsbət nəticəyə səbəb olmayacaq. Bu, avqust ayında Qafqazda baş verən hadisələrin əsas dərsidir”. Medvedev Dağlıq Qarabağ problemi ilə bağlı əldə edilən razılaşmaların hazırkı səviyyəsini qiymətləndirməkdən imtina edib: “Çox çətin problemdir. Amma ümid edirəm ki, biz inkişaf mərhələsindəyik. Hər iki tərəf həll yolunu axtarmağa hazırdır. Rusiya bundan sonra da Dağlıq Qarabağ probleminin həllində kömək etməyə hazırdır”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar