SON XƏBƏRLƏR

Azərbaycanda MDB-də analoqu olmayan stansiya istismara veriləcək

2021.10.20, 07:36
Azərbaycanda MDB-də analoqu olmayan stansiya istismara veriləcək

Gunaz.tv
Azərbaycanda MDB-də analoqu olmayan stansiya istismara veriləcək 375.jpg Yaxın aylarda stansiyada quraşdırılacaq avadanlıqların ilk partiyası Azərbaycana gətiriləcək Azərbaycanın Şirvan şəhərində inşa olunan «Cənub» elektrik stansiyası 2010-cu ildə istismara veriləcək. Bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib. E.Pirverdiyevin sözlərinə görə, yaxın aylarda stansiyada quraşdırılacaq avadanlıqların ilk partiyası Azərbaycana gətiriləcək. «Bu, MDB məkanında analoqu olmayan bir stansiya olacaq. Stansiyanın gücü 800 MVt təşkil edəcək. Orada 4 qaz turbini və 2 buxar turbinindən istifadə olunacaq», - deyə «Azərenerji» rəhbəri vurğulayıb. Stansiyada ABŞ-ın «General Electric» şirkətinin texnologiyalarından istifadə ediləcək. Stansiya «açar təhvili» prinsipi ilə Azərbaycanın «Azərenerjitikinti» (AZENCO) şirkəti tikir. Qeyd edək ki, hazırda Azərbaycanın ümumi generasiya gücü 5300 MVt təşkil edir. Etibar Pirverdiyev həmçinin bildirib ki, Rusiya, Azərbaycan və İran enerji şəbəkələrinin sinxronlaşdırılması layihəsinin bu günədək reallaşmaması Rusiya tərəfində zəruri işlərin ləng aparılması ilə əlaqədardır. «Rusiya ilə Azərbaycanı birləşdirən ikinci 330 kV-luq Yaşma-Dərbənd xəttinin tikilməsi nəzərdə tutulur. Bizim tərəfdən heç bir problem yoxdur və tikintiyə başlaya bilərik. Artıq birinci Yaşma-Dərbənd xəttinin Xaçmaza giriş-çıxışını təmin edib, 330 kV-luq yarımstansiyasını tikirik. Amma Rusiyadan bununla bağlı hələ ki, razılıq almamışıq», - deyə E.Pirverdiyev vurğulayıb. «Azərenerji» rəhbərinin sözlərinə görə, digər tərəf olan İranla Azərbaycan arasında da layihə ilə bağlı heç bir problem yoxdur. Hər iki ölkənin enerji sistemlərini birləşdirən xətlər və yarımstansiyalar tikilir və bu işlər gələn il başa çatacaq. Qeyd edək ki, enerji sistemlərinin sinxronlaşdırılması layihəsinin reallaşması 2012-ci ilə qədər çəkə bilər. Rusiya tərəfi sözügedən layihənin texniki-iqtisadi əsaslandırmasını 2010-cu ilin sonunadək hazırlayıb başa çatdırmağı planlaşdırır.zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar