SON XƏBƏRLƏR

Hulusi Kılıç: "Türkiyə BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qətnamələrinin icrası üçün əlindən gələni edəcək"

2021.10.20, 07:36
Hulusi Kılıç: "Türkiyə BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qətnamələrinin icrası üçün əlindən gələni edəcək"

Gunaz.tv
Hulusi Kılıç: "Türkiyə BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qətnamələrinin icrası üçün əlindən gələni edəcək" 4330.jpg Aldığı səslərin çoxluğu (151) onu göstərir ki, digər ölkələr də Türkiyədən çox şey gözləyir Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ölkəsinin BMT Təhlükəsizlik Şurasına (TŞ) müvəqqəti üzv seçilməsi ilə bağlı mətbuat konfransı keçirib. Səfir Ankaranın müvəqqəti üzvlük üçün 5 il əvvəl müraciət etdiyini və bu müddət ərzində çox iş görüldüyünü bildirib: “Dünyada sülhün və təhlükəsizliyin çox böyük təhdidlərlə qarşı-qarşıya olduğu bir dövrdə Türkiyənin BMT Təhlükəsizlik Şurasına seçilməsi beynəlxalq ictimaiyyətin dövlətimizə etimadının və türk millətinə dostluq duyğularının təzahürüdür”. Diplomatın fikrincə, Türkiyənin aldığı səslərin çoxluğu (151) onu göstərir ki, digər ölkələr Türkiyədən çox şey gözləyir: “Türkiyə Təhlükəsizlik Şurasının üzvü olaraq üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcək”. Türkiyənin xarici siyasətinin Atatürkün “Yurdda sülh, dünyada sülh” şüarı əsasında qurulduğunu vurğulayan H. Kılıç ölkəsinin Asiya, Afrika, Latın Amerikası, Balkanlar, Qafqaz və Yaxın Şərqdəki beynəlxalq sülh missiyalarına əsgər, polis və mülki müşahidəçilər göndərdiyini söyləyib. Türkiyənin sülhə, təhlükəsizliyə və əməkdaşlığa verdiyi töhfələrdən danışan diplomat Qafqaz bölgəsində beş ölkəni bir araya gətirəcək Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsü ilə çıxış etdiklərini də xatırladıb. Jurnalistlərin suallarını cavablandıran H. Kılıç BMT TŞ-nin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini nəzərdə tutan 4 qətnaməsinin yerinə yetirilməsi üçün əllərindən gələni edəcəklərini bildirib. “Türkiyənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq niyyəti varmı” sualına səfir təsdiqləyici cavab verib: “Daimi üzvlərin sayı artırılmalıdır. Türkiyə, Yaponiya, Almaniya kimi dövlətlər bu sıraya qatılmalıdır”. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar