SON XƏBƏRLƏR

Ermənistan benzin və taxıl qıtlığıyla üzləşib

2021.10.20, 07:36
Ermənistan benzin və taxıl qıtlığıyla üzləşib

Gunaz.tv
Ermənistan benzin və taxıl qıtlığıyla üzləşib Ermənistan benzin və taxıl qıtlığıyla üzləşib "Əgər Gürcüstandakı erməni azlığı da bir az baş qaldırarsa, bu, iki ölkə arasında münasibətləri daha da gərginləşdirəcək" Ramiz Mikayıloğlu Rus mənbələri dünən günortadan başlayaraq 58-ci ordunun Cənubi Osetiyadan geri çəkilməyə başladığı barədə məlumat yayıb. Ancaq Cənubi Osetiyanın "prezidenti" Eduard Kokoyta bu ərazidə daimi rus bazasının olmasını istəyir və bu xahişlə Moskvaya müraciəti mümkün sayır. Qeyd edək ki, ərazi bütövlüyünü bərpa etmək istəyən Gürcüstana Rusiyanın hərbi müdaxiləsindən sonra Azərbaycanın neftinin və təbii qazının ixracında problemlər yaranıb. Üç gün əvvəl isə Kaspi şəhəri yaxınlığında körpü partladılıb və nəticədə qatarla neft məhsullarının Gürcüstan limanlarına göndərilməsi də dayanıb. Ancaq yaranmış vəziyyət göstərir ki, bu durumdan daha çox əziyyət çəkən Rusiyanın Cənubi Qafqazda forpostu rolunu oynayan Ermənistandır. Müharibə zamanı rus qırıcılarının Ermənistandakı Gümrü bazasından qalxaraq gürcü yaşayış məntəqələrini bombalamaları da Tiflisdə ciddi narazılıq yaratmışdı. Dəmir yolunun işləməməsi nəticəsində yaranan vəziyyətin ağırlığını nəzərə alaraq ermənilər yanacaq və taxılı Gürcüstan limanlarından yük avtomobilləri ilə daşımağa çalışırlar. Qeyd edək ki, "Ponorama. am" saytının suallarına cavab verən mal sahiblərindən biri deyib ki, yüklər əsasən Türkiyədən gəlir və yüklər hazırda Gürcüstandakı türklərin yüksaxlama kameralarındadır. Bu isə illərdir ki, işğalçı ölkəyə türk mallarının daşındığı kimi acı gerçəkliyi gerçəkliyini ortaya qoyur... Hökumətin tapşırığıyla "Apaven" kampaniyası 39 yük maşınından ibarət avtokolon təşkil edib. Onları 5 polis və 2 təcili yardım maşını müşayət edir. Dünən avtokolon Batumi terminalına yola düşüb. Məqsəd Batumi terminalındakı 1800 ton benzini Ermənistana çatdırmaqdır. Qori ətrafındakı vəziyyəti nəzərə alaraq yüklər Cavaxetiyadan keçməklə Borjomi-Axalkalaki yolu gətirilməyə çalışılacaq. Bu yol ağır yük maşınları üçün məqbul sayılmasa da, ermənilərin başqa çıxış yolları qalmayıb. Ermənistan prezidenti Serj Sərkisyan da gürcü həmkarıyla telefon danışığında dəmiryolunun bərpasıyla maraqlanıb. Mixail Saakaşvili dəmiryolu körpüsünün bərpası üçün bütün səyləri göstərdiklərini deyib. O da maraqlıdır ki, buna qədər osetinlərə yardım etməyə hazır olduqlarını deyən ermənilər indi "münaqişə bölgəsinə yardım"dan danışırlar. Serj Sərkisyan da bu məzmunda təklifini dilə gətirib. Yeri gəlmişkən, Bakı-Tiflis-Ceyhan neft kəmərinin keçdiyi Borjomi meşələrində yanğınlar davam edir. Rusiya hərbi komandanlığı Azərbaycan və Türkiyədən yanğınların söndürülməsi üçün təyyarə və vertolyotların gəlməsinə icazə verməyib, əks təqdirdə, onların vurulucağını bildirib. İrəvana müraciət edən Tiflis isə orjinal rədd cavab alıb. Ermənistan hökuməti belə bir kömək etmək istədiyini, ancaq anoloji məqsəd üçün təchiz olunmuş təyyarə və vertolyotların olmadığını nəzərə çatdırıb. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Gürcüstan-Rusiya hərbi münaqişəsi Ermənistana siyasi və iqtisadi mənada təsirsiz ötüşməyib. Moskva İrəvanın strateji ortağıdır. Əvvəllər Ermənistan rəsmiləri Gürcüstanı "yaxın dost ölkə" adlandırırdılar. Ancaq münaqişə dövründə İrəvan tərəfsizliyini qorumaqda çətinlik çəkdi. Rus qırıcılarının Ermənistan ərazisindən qalxaraq gürcü yaşayış məntəqələrini bombalaması gürcülərə çox pis təsir edib. Gürcüstanla Ermənistan arasındakı müqaviləyə görə, bu ölkələrdən heç biri digərinə qarşı hücum məqsədiylə ərazilərini üçüncü ölkələrin istifadəsinə verməməlidir. Lakin Rusiya belə anlaşmalara baxan deyil. O mənada İrəvan çox çətin seçim qarşısındadır. Əgər Gürcüstandakı erməni azlığı da bir az baş qaldırarsa, bu, iki ölkə arasında münasibətləri daha çox gərginləşdirə bilər. İqtisadi məsələyə gəlincə, Ermənistan Gürcüstandan tam asılıdır. Bütün kommunikasiyalar, Ermənistanın Rusiyayla bağlantıları Gürcüstan ərazisindən keçir. Bu xətlər bağlanırsa, körpülər partladılırsa, bu o deməkdir ki, ermənilərin iqtisadi vəziyyəti ağırlaşır, məhsulların qiyməti qalxır. Baxmayaraq ki, Ermənistan Rusiyanın forpostudur, Moskva bu amili münaqişə zamanı ümumiyyətlə, nəzərə almayıb: "Məsələn, elə Kaspi şəhəri yaxınlığındakı körpü partladılır, ancaq ruslar da bilir ki, həmin körpüdən keçən dəmiryolla Ermənistana ərzaq, yanacaq məhsulları gedir. Amma buna baxmayaraq, körpünü partladır və erməniləri nəzərə almır. Ona görə də Ermənistanda da ağlı başında olan siyasətçilər anlamalıdırlar ki, Rusiya onların maraqlarını nəzərə almır. Ona görə də Gürcüstan-Rusiya müharibəsinin sonucu olaraq Ermənistanın həm siyasi, həm də iqtisadi durumu olduqca ağırdır". Onun qənaətinə görə, Gürcüstanın MDB-dən çıxması gələcəkdə Ermənistana yükdaşımalara görə tranzit qiymətlərinin də artmasına gətirib çıxaracaq. Çünki Birlikdən çıxmaq üzv dövlətlər arasındakı güzəştli tranzit daşımalarla bağlı müqavilələrin də qüvvədən düşməsini şərtləndirir. Qeyd edək ki, buna qədər Rusiyanın forpostu olmasına baxmayaraq, Qərbdə Ermənistana qarşı isti münasibət mövcud idi. Ancaq Rusiyanın Qərbin maraqlarına zərbə vurmaq məqsədiylə Gürcüstana hərbi qüvvə yeritməsi və Ermənistanın tutduğu mövqe bir çox ciddi sualları ortaya çıxardı. Deməli, Azərbaycan yaranmış vəziyyətdən yararlanmalı və işğalçı Ermənistanın əsl simasının Qərbdə qəbul, etiraf olunmasına çalışmalıdır...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar