SON XƏBƏRLƏR

“De Telegraaf”: İsrail yaxın günlərdə İrana zərbə endirəcək

2021.10.20, 07:36
“De Telegraaf”: İsrail yaxın günlərdə İrana zərbə endirəcək

Gunaz.tv
“De Telegraaf”: İsrail yaxın günlərdə İrana zərbə endirəcək Amsterdam-APA. Niderland xüsusi xidmət orqanları İsrailin yaxın günlərdə İrana zərbə endirəcəyi qənaətinə gəliblər. APA-nın məlumatına görə, “The Jerusalem Post” qəzeti İranın hərbi obyektlərində çalışan Niderland casuslarının təcili olaraq geri çağırıldığını yazıb. Hollandların qənaətinə görə, İsrail yaxın günlərdə pilotsuz uçuş aparatlarının köməyi ilə İranın hərbi obyektlərinə zərbə endirəcək. Niderlandın nüfuzlu qəzetlərindən “De Telegraaf”da dərc olunan məqalədə bildirilir ki, ölkənin xüsusi xidmət orqanları İran ərazisində bütün növ kəşfiyyat əməliyyatlarını dayandırıblar.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar