SON XƏBƏRLƏR

ÇOXARVADLILIĞI və SİĞƏNİ ASANLAŞDIRAN QANUN LAYİHƏSİ PARLAMENTDƏ GERİ QAYTARILDI

2021.10.20, 07:36
ÇOXARVADLILIĞI və SİĞƏNİ ASANLAŞDIRAN QANUN LAYİHƏSİ PARLAMENTDƏ GERİ QAYTARILDI

Gunaz.tv
ÇOXARVADLILIĞI və SİĞƏNİ ASANLAŞDIRAN QANUN LAYİHƏSİ PARLAMENTDƏ GERİ QAYTARILDI Çoxarvadlılığı və siğəni asanlaşdırmağa hesablanan «Ailəni himayə layihəsi» avqustun 31-də İslami Şura Məclisinin (parlament) gündəmindən çıxarılıb. «Media forum» saytının məlumatına görə, İran parlamenti rəyasət heyətinin üzvü, həmədanlı deputat Həmidrza Hacı Babai layihənin yenidən işlənəcəyini bildirib. «Ailəni himayə layihəsi»ndə çoxarvadlılıq asanlaşdırılır. Layihəyə əsasən, maddi imkanı olan kişilər istədikləri vaxt birinci arvadlarından icazə almadan yenidən evlənə bilər. Layihədə siğənin də asanlaşdırılması üçün müəyyən tədbirlər görülüb: kişi hər hansı bir rəsmi qeydiyyata ehtiyac olmadan istədiyi qədər qadını siğə edə bilər. Layihəni İran qadınlarına böyük təhqir sayan qadın hüquq müdafiəçiləri, o cümlədən sülh üzrə Nobel mükafatçısı Şirin İbadi, məşhur şairə Simin Behbəhani dünən səhər parlament iclasından əvvəl bir sıra deputatlarla görüşdə qanun layihəsini dərhal gündəmdən çıxarmağı tələb etmişdilər. İran parlamentinin sədri Əli Laricani layihə ilə bağlı narahatlığı bölüşüb: «Xanımların narahatlığının qarşısını almaq və psixi sakitçiliyi ailələrə qaytarmaq üçün yaxşı olar ki, layihə parlamentin hüquqi komissiyasına qaytarılsın və üzərində daha dərindən iş aparılsın». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar