SON XƏBƏRLƏR

RƏSMİ TEHRAN QAFQAZ BÖHRANINDA RUSİYAYA DƏSTƏK VERMƏDİYİNİ BİLDİRİR

2021.10.20, 07:36
RƏSMİ TEHRAN QAFQAZ BÖHRANINDA RUSİYAYA DƏSTƏK VERMƏDİYİNİ BİLDİRİR

Gunaz.tv
RƏSMİ TEHRAN QAFQAZ BÖHRANINDA RUSİYAYA DƏSTƏK VERMƏDİYİNİ BİLDİRİR hesenqeshqavi__1.jpg Həsən Qaşqavi İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qaşqavi Qafqaz böhranında Tehranın Moskvaya dəstək verməsi xəbərini təkzib edib. «Media forum» saytının məlumatına görə, H.Qaşqavi sentyabrın 1-də jurnalistlərə açıqlamasında İranın Qafqaz böhranında müstəqil və tərəfsiz mövqedən çıxış etdiyini deyib: «Bizim bölgədəki hadisələrlə bağlı mövqeyimiz müstəqildir. Böhranın səngiməsi üçün ən yaxşı yol münaqişə tərəflərinin dözümlülük nümayiş etdirməsidir». H.Qaşqavi xarici qüvvələrin Gürcüstan böhranına müdaxiləsinin vəziyyəti daha da mürəkkəbləşdirəcəyini vurğulayıb: «Bu, həssas Qafqaz bölgəsində sülh və sabitliyə xələl gətirə bilər». Xarici İşlər Nazirliyinin sözçüsü Qafqaz böhranına gətirib çıxarmış bir sıra gerçəkliyə göz yummağın düzgün olmadığını söyləyib: «Bu, kiminsə tərəfini saxlamaq demək deyil. Biz daxili və xarici təhdidlərin təsiri altına düşmürük. Biz islam inqilabının, ölkəmizin və bölgədəki ölkələrin mənafeyini nəzərə alaraq qərar qəbul edirik». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar