SON XƏBƏRLƏR

Gürcüstan Soçini Rusiyadan tələb edə bilər

2021.10.20, 07:36
Gürcüstan Soçini Rusiyadan tələb edə bilər

Gunaz.tv
Gürcüstan Soçini Rusiyadan tələb edə bilər soci-iddia-gruz.jpg Gürcüstan BMT çərçivəsində ərazi iddialarının irəli sürülməsi fəaliyyətini aktivləşdirməli və Soçi şəhərinin Gürcüstana məxsus olması barədə məsələ qaldırmalıdır. Lent.az-ın “Naşa Abxaziya” saytına istinadən verdiyi məlumata görə, belə bir sensasion bəyanatla parlamentin xarici əlaqələr komitəsinin üzvü Koba Xabazi çıxış edib. Xabazi bildirib ki, əslində Soçinin Rusiyadan alınacağına inanmır: “Mən hazırkı mərhələdə bunun mümkün olacağını, ərazi bütövlüyü məsələsinin Soçini də özündə birləşdirdiyini söyləmirəm. Lakin ərazi mübahisəli olanda Olimpiadanın keçirilməsi ehtimalı da azalır”. Xabazi 2014-cü il qış Olimpiadasının Soçidə keçirilməyəcəyinə də əmin olduğunu vurğulayıb: “Çünki hazırda dünyanın kommunist düşərgəsi və yerdə qalan ərazilərə bölündüyü dövrü qayıdıb”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar