SON XƏBƏRLƏR

Türkiyə Rusiya ilə sərhəddə xüsusi rejim tətbiq etdi

2021.10.20, 07:36
Türkiyə Rusiya ilə sərhəddə xüsusi rejim tətbiq etdi

Gunaz.tv
Türkiyə Rusiya ilə sərhəddə xüsusi rejim tətbiq etdi turk-rus-gergin.jpg Ankara Moskvaya qarşı iqtisadi sanksiyalara əl atdı Türkiyə bu gündən etibarən ölkəyə keçirilən Rusiya mallarının yoxlanması ilə bağlı xüsusi rejim tətbiq edib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu addım Türkiyə mallarının əsassız yerə Rusiya sərhədində saxlanılmasına cavab olaraq atılıb. Ekspertlər bildirirlər ki, Ankaranın tətbiq etdiyi xüsusi rejim Rusiya mallarının ixracını çətinləşdirəcək. Xatırladaq ki, Türkiyə hələ avqustun 29-da Rusiyaya iqtisadi sanksiyalar tətbiq edəcəyi ilə bağlı xəbərdarlıq ünvanlamışdı. Dövlət naziri Kürşad Tüzmen türkiyəli sürücülərin maşınlarının günlərlə sərhəddə saxlanıldığını bildirərək əks-tədbir paketinin tətbiqinə başlanılacağını bildirmişdi: “Bu tip davranışla qarşılaşdığımız üçün biz də öz tədbirlər paketimizi tətbiq edəcəyik. Bazar ertəsindən etibarən bunu görəcəksiniz”. Ekspertlərin fikrincə, Rusiyanın sərhəddə tətbiq etdiyi maneələr Türkiyənin Cənubi Osetiya münaqişəsində tutduğu mövqe ilə bağlıdır. Moskva Ankaranın NATO hərbi gəmilərini Qara dəniz akvatoriyasına buraxmasından narazıdır. Qeyd edək ki, sabah Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri başlayır. Gözlənildiyinə görə, Ankaradakı görüşlər zamanı sərhəddə yaranan problemlər və ticari əlaqələr məsələlərinə də toxunulacaq. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar