SON XƏBƏRLƏR

Qasırğayla əlaqədar ABŞ-da 2 milyon insan evakuasiya edilib

2021.10.20, 07:36
Qasırğayla əlaqədar ABŞ-da 2 milyon insan evakuasiya edilib

Gunaz.tv
Qasırğayla əlaqədar ABŞ-da 2 milyon insan evakuasiya edilib qustav_124.jpg Qasırğa zonasında küləyin sürəti saniyədə 51 metrə çatır Meksika körfəzinə leysan və güclü külək gətirən Qustav qasırğası bu səhər Amerika sahillərinə çatıb. Təbii fəlakət hazırda Missisipi çayının deltasından keçir və Yeni Orlean istiqamətində irəliləyir. Qasırğayla əlaqədar Luiziana ştatında 2 milyon insan evakuasiya edilib. Bu isə ABŞ-da indiyə qədər ən genişmiqyaslı köçürülmə sayılır. Mütəxəssislər Qustav qasırğasını saffir-simpson cədvəli üzrə 3 dərəcəyə aid ediblər. Qasırğa zonasında küləyin sürəti saniyədə 51 metrə çatır. Ən son məlumatlara görə, təbii fəlaktəin mərkəzi Yeni Orleanın 360 kilometrliyindədir. Artıq güclü yağış və külək şəhəri cənginə alıb. Qeyd edək ki, qasırğası ABŞ ərazisinə çatmazdan əvvəl Haiti, Kuba, Dominikan respublikası və Yamayka ciddi ziyan vurub. Təkcə Kubada 86 min evi dağılıb. İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində 94 nəfər ölüb./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar