SON XƏBƏRLƏR

İnqushetiya.ru vebsaytının təsisçisi öldürülüb

2021.10.20, 07:36
İnqushetiya.ru vebsaytının təsisçisi öldürülüb

Gunaz.tv
İnqushetiya.ru vebsaytının təsisçisi öldürülüb _44974899_ingush203i.jpg Kremlin Qafqazda siyasətini tənqid edən İngushetiya.ru saytının təsisçisi Maqomed Yevloyev polis tərəfindən tutulduğu vaxtı odlu silahdan aldığı yaradan ölüb. Moskvadan Nazrana qayıdan Maqomed Yevloyev hava limanından polis işçiləri tərəfindən aparılmışdı. Daxili İşlər Nazirliyinin versiyasına görə Yevloyev polisin işçisinə müqavimət göstərərək təsadüfi atəş nəticəsində gicgahından yaralanmışdı. Yevloyevin həmkarlarına istinadən baş nahiyəsindən ölümcül xəsarət alan Yevloev yolun kənarına atılmışdı. Əvvəllər prokuror və daha sonra vəkil işləyən Maqomed Yevloyevin təsis etdiyi İnqushetiya.ru saytında prezident Murat Zyazikov kəskin tənqid edilirdi. Ötən ilin dekabr ayında jurnalist İnqushetiya.ru saytının redaktor vəzifəsini tərk etdi. Yevloyev deyirdi ki, bu addımı onun təhlükəsizliyini nəzərə alan yaxınlarının təkidi nəticəsində atmalı oldu. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar