SON XƏBƏRLƏR

QAT sədri Akif Nağı Türkiyə prezidenti Abdullah Gülə müraciət edib

2021.10.20, 07:36
QAT sədri Akif Nağı Türkiyə prezidenti Abdullah Gülə müraciət edib

Gunaz.tv
QAT sədri Akif Nağı Türkiyə prezidenti Abdullah Gülə müraciət edib Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Türkiyə prezidenti Abdullah Gülə məktubla müraciət edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Nağı müraciətində A. Gülü İrəvana səfərdən çəkinməyə çağırıb. Müraciətdə bildirilir ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, Türkiyəyə qarşı ərazi və saxta “soyqırımı” iddialarından isə geri çəkilmir: “Ermənistan Azərbaycana və Türkiyəyə qarşı düşmən mövqedədir və bu düşmənçilikdən imtina etmək fikrində deyil. Belə olan halda sizin pisliyi yaxşılıqla dəf etmək cəhdinizin heç bir mənası yoxdur. Ermənistana səfər edib futbol matçında iştirak etmək istəyiniz Azərbaycanda ciddi narahatlıq doğurub. Bu hərəkətinizlə işğalçı Ermənistan tərəfindən qətlə yetirilən on minlərlə Azərbaycan övladının ruhlarını təhqir edirsiniz. Bu addımı müqəddəs Ramazan günlərində atmaq istəyiniz isə bizə xüsusilə ağır gəlir. Əminik ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinə xələl gəlməsini, Azərbaycanda hər hansı etiraz aksiyalarının keçirilməsini, bununla düşmənlərimizin sevindirilməsini istəməzsiniz”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar