SON XƏBƏRLƏR

ANTİTÜRKİYƏ YAĞILIĞI_Soylu Atalı

2021.10.20, 07:36
ANTİTÜRKİYƏ YAĞILIĞI_Soylu Atalı

Gunaz.tv
Soylu Atalı ANTİTÜRKİYƏ YAĞILIĞI ABŞ – İraq qarşıdurmasında Türkiyə bəlli büdrəmələrinə görə ABŞ tərəfindən ciddi şəkildə təzyiqlərə məruz qalır. Bu təzyiqlərin bir tərəfi də Azərbaycanda boy atır, – anti- Türkiyə əhvalı sərgilənir. Məsələnin pis cəhəti odur ki, anti-Türkiyə əhvalının anti Türk münasibətindən meydana gəldiyini çoxları anlamır və bununla da təzyiqlərin görünməyən cəhətləri daha təhlükəli şəkil alır. Ayrı-ayrı yazarlar Türkiyəlilər haqqında ögey münasibətlər göstərir, bir millət kimi onların “mədəniyyətsiz” olmaları dilə gətirilir. Bunu da ayrı-ayrı Türkiyəli iş adamlarının əməllərini qabartmaqla sübut etməyə çalışırlar. Bu cür dayaz yanaşmalar Türkiyəyə qarşı olan qüvvələrin məqsədlərinə yarayır. Azərbaycanda Türkiyəni gözdən salmağa köklənən hər bir əməl ciddi öyrənilməlidir. Bir qrup etnik iş adamlarının, o cümlədən erməni iş adamlarının mövqeyindən baxanlar Türkiyəni olduğu kimi görə bilməz, sevə bilməz, söyə bilər. Bu söyüşü bacaran adamları ifşa eləmək lazımdır. Narahat olduğumuz məsələlərə Türkiyədə Atatürkçülər və İslamçılar bölümü də əlavə olunur. Atatürkçülər Türkiyəni bütünlüklə Qərbləşdirməyə girişdilər. Atatürk o dövrdə qərbçiliyi əlacsızlıqdan, bir taktika kimi seçmişdi. İndi özünü onun davamçısı sayanlar düzgün araşdırmalar aparmadan Türkiyəni qorumağa xidmət edə bilərmi?! O cümlədən islamçılıq xəttini yeganə çıxış yolu hesab edərək anti-Atatürk ovqatı yaratmaq daha böyük xəyanət deyilmi?! Türkiyəni belə mənasız bölümlərdən qorumaq gərəkdir. Türkiyəyə Türk birliyi, türk dəyərləri gərəkdir. Nə xilafət gərəkdir, nə də Qərbə əyalətçilik eləmək. Hər ikisi bir şeydir. Qərb bu bölümləri dərinləşdirməyə daha ciddi girişə bilər – əlbəttə, qərbçiliyin xeyrinə. Unutmaq olmaz ki, Şah İsmayılla Sultan Səlimin arasını vuran və uzun əsrlər Türk süqutunun əsasını qoyan Venesiyaların səfirləri yenə fəaliyyət göstərirlər. Bir neçə dəfə dinçiləri Böyük Atatürkə qarşı qoymaq istəyən qüvvələrin cəhdləri baş tutmasa da, bu məsələni yenidən meydana sürüyürlər. Qərbçilik psixologiyası ilə düşünən yazıçı Orxan Pamukun Mövlana–Şəms münasibətinə ləkələr yaxması da belə bir vəziyyətdə qəzet səhifələrinə gətirilir. Çoxçeşidli əməllərlə Azərbaycanla Türkiyə arasında inamsızlıq yaratmağa baş vururlar. Türk Dünyasının yaranması yönündə fəaliyyət meydana çıxdıqca Azərbaycan anti-Türkiyəçiliyi formalaşdırırlar ki, Türkiyəni sarsıtsınlar və Kürd anti-Türkiyəçiliyi ilə onu məhvə sürüsünlər. Sən ey Türk Övladı! Birüzlüyünü, əyilməzliyini, barışmazlığını unutma. Türkü sevən antiTürkiyə əhvalına köklənə bilməz. Qərb pozuculuğu sevinməsin ki, Türk idrakı sönüb. Böyük Türk Birliyinin Yaranması Qaçılmazdır! Atamız Var Olsun! _________________ Bəşərin nicatı insanlaşmaqdadır! Asif Ata

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar