SON XƏBƏRLƏR

“Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü” Bakıda da qeyd olunub

2021.10.20, 07:36
“Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü” Bakıda da qeyd olunub

Gunaz.tv
“Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü” Bakıda da qeyd olunub edib 466.jpg Bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlib. Türkiyə Silahlı Qüvvələrinin attaşesi, general-mayor Fəxri Kır, ölkəsinin “Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü” münasibətilə “Gülüstan” sarayında rəsmi qəbul təşkil edib. Qəbulun başlanğıcında Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib. General-mayor Fəxri Kır qonaqları salamlayaraq deyib ki, türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün öndərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfərini qazanıb. Bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlib. O, böyük Atatürkün “Yurdda sülh, cahanda sülh” nəsihətini rəhbər tutan Türkiyə ordusunun hazırda ən güclü ordulardan olduğunu, Türkiyə hərbçilərinin dünyanın müxtəlif bölgələrində sülhməramlı missiyanı yerinə yetirdiyini bildirib. Qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar