SON XƏBƏRLƏR

Ankara Rusiyaya ilk həmləsini etdi

2021.10.20, 07:36
Ankara Rusiyaya ilk həmləsini etdi

Gunaz.tv
Ankara Rusiyaya ilk həmləsini etdi Ankara bu addımı Rusiyanın türk mallarına embarqo qoymasına cavab olaraq atıb Türkiyə bu gündən etibarən Rusiya istehsalı olan məhsulların ölkəyə idxalına qadağa qoyub. Artıq Türkiye gömrüklərində rus malları qırmızı xəttə alınmağa başlanılıb . Ankara bu addımı Rusiyanın türk mallarına embarqo qoymasına cavab olaraq atıb. Moskva ötən həftədən etibarən təkcə Türkiyədən deyil, Avropadan da idxal olunan türk mallarının ölkəyə gətirilməsinə qadağa qoyub. Çində səfərdə olan xarici ticarətdən məsul dövlət naziri Gürşad Tüzmən Rusiyanın türk mallarına qadağa qoymasından hər iki tərəfin zərər gördüyünü vurğulayıb: “Bu, qanunsuz addımdır. Türk məhsullarının ölkəyə idxalına problem yaradırlar. Bu addımdan həm türk ixracatçısı, həm rus idxalatçısı, həm də dünya markaları əziyyət çəkir. Beynəlxalq münasibətlərdə “qarşılıq vermək” deyə bir anlayış var. Biz də Rusiyanın münasibətinə eyni şəkildə cavab verəcəyik. Bu gündən etibarən rus mənşəli məhsulların Türkiyəyə idxalına qadağa qoyulacaq”. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar