SON XƏBƏRLƏR

Azərbaycanlı alpinist Kaliforniyanın ən yüksək zirvəsini fəth edib - FOTOSESSİYA

2021.10.20, 07:36
Azərbaycanlı alpinist Kaliforniyanın ən yüksək zirvəsini fəth edib - FOTOSESSİYA

Gunaz.tv
Azərbaycanlı alpinist Kaliforniyanın ən yüksək zirvəsini fəth edib - FOTOSESSİYA elisenayialpinist.jpg elisenayialpinist-1.jpg elisenayialpinist-5.jpg elisenayialpinist-6.jpg elisenayialpinist-3.jpg Kaliforniya. Hüsniyyə Həsənova -APA. Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı alpinist Əli Sənayi Azərbaycan idmançılarının Pekin Olimpiadasında uğurlu çıxışı şərəfinə Kaliforniyanın ən zirvəsini fəth edib. Bu barədə APA-nın ABŞ bürosuna açıqlama verən Əli Sənayi bildirib ki, fəth etdiyi Vhitnaley zirvəsi (Mount Whitnaley) 4421 metr hündürlükdə yerləşir və Kaliforniyanın ən mürəkkəb zirvələrindən biridir. Zirvəni qət edən soydaşımız ora Azərbaycan bayrağını da sancıb. Əli Sənayinin sözlərinə görə, Azərbaycan idmançılarının Pekin Olimpiadasında uğurlu çıxışı onu bu zirvəni fəth etməyə ruhlandırıb. Xatırladaq ki, bundan əvvəl azərbaycanlı alpinist Xocalı soyqırımının 16-cı il dönümü münasibəti ilə Meksikanın ən yüksək zirvəsi sayılan Orizabanı (5636 metr) fəth etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar