SON XƏBƏRLƏR

Zərdüşt Əlizadə:Rusiya Avropa Şurasından çıxarılmayacaq_Azərbaycan bu məsələdə neytral qalacaq

2021.10.20, 07:36
Zərdüşt Əlizadə:Rusiya Avropa Şurasından çıxarılmayacaq_Azərbaycan bu məsələdə neytral qalacaq

Gunaz.tv
Rusiya Avropa Şurasından çıxarılmayacaq «Azərbaycan bu məsələdə neytral qalacaq» zerdust_elizade.jpg Zərdüşt Əlizadə: “Səməd Seyidova tapşıracaqlar ki, neytral qal” Rusiyanın Gürcüstana aqressiyasından sonra beynəlxalq aləmin bu ölkəyə təpkiləri davam edir. Aparıcı dövlətlərin və beynəlxalq qurumların etirazları ilə üzləşən Rusiya AŞ PA-nın qarşıdan gələn sessiyasında növbəti təzyiqlə üzləşə bilər. Isveçrədən olan deputat Andreas Qross AŞ PA-nın payız sessiyasında Rusiyanın bu qurumdan çıxarılması ilə bağlı təklif irəli sürəcəyini deyib. Rusiyanın Avropa Şurasından çıxarılacağı nə dərəcədə real görsənir? Digər tərəfdən münaqişə başlanan ilk gündən neytral mövqedə dayanan, yalnız Gürcüstanın ərazi bütövlüyünü tanıyan Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sessiyada Gürcüstanı müdafiə edəcəklərini deyib. Təklifə və Azərbaycan tərəfinin fikirlərinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə belə bir addımın atılmayacağı qənaətindədir: “Prinsipcə, Rusiya Avropa Şurasından çıxarıla bilər. Ancaq düşünmürəm ki, onu bu qurumdan çıxaracaqlar. Kəskin tənqid edəcəklər. Bununla da məsələ qurtaracaq. Çünki Avropa Şurasının üzvü olmaq sadəcə hansısa mənəvi üstünlük verir. O qurumun hər hansı bir təzyiq imkanı yoxdur. Rusiya ora üzv olmasa, çox şey itirməz. Çünki Rusiya o qədər böyükdür ki, onu təcrid etmək mümkün deyil”. Bu məsələdə Azərbaycanın tutacağı mövqeyə toxunan Z.Əlizadə ölkəmizin münaqişənin ilk günündən olduğu kimi, yenə də neytral mövqedə dayanacağını dedi: “Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyəcək. Amma neytral qalacaq. Səməd Seyidov deyib ki, Azərbaycan Gürcüstanı dəstəkləyəcək. Sözdü də, deyir. Gedəndə tapşıracaqlar ki, neytral qal. Azərbaycanın mövqeyi dəyişməyəcək”. Fizzə azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar