SON XƏBƏRLƏR

İNQUŞETİYANIN RUSİYADAN AYRILMASI MƏSƏLƏSİ ƏTRAFINDA GƏRGİNLİK YAŞANIR

2021.10.20, 07:36
İNQUŞETİYANIN RUSİYADAN AYRILMASI MƏSƏLƏSİ ƏTRAFINDA GƏRGİNLİK YAŞANIR

Gunaz.tv
İNQUŞETİYANIN RUSİYADAN AYRILMASI MƏSƏLƏSİ ƏTRAFINDA GƏRGİNLİK YAŞANIR ingush.jpg İnquşetiya müxalifəti respublikanın Rusiyadan ayrılması üçün dünya ictimaiyyətinə müraciət ünvanlayacağını istisna etmir. «Media forum» saytı xəbər verir ki, bunu «Exo Moskvı» radiosuna İnquşetiya ümumxalq etiraz mitinqi təşkilat komitəsinin rəhbəri Maqomed Xazbiyev deyib: «Avropa və Amerikadan xahiş etməliyik ki, bizi Rusiyadan ayırsınlar. Əgər biz bu ölkəyə lazım deyiliksə, bundan sonra nə etməyin lazım olduğunu bilirik». İnquşetiya müxalifəti bu bəyanatı fəaliyyəti qadağan olunan müxalifətyönlu «İnquşetiya.ru» saytının sahibi Maqomed Yevloyevin qətlə yetirilməsindən sonra yayıb. İnquşetiyanın hüquq-mühafizə orqanlarının versiyasına görə, M.Yevloyev avqustun 31-də milis əməkdaşlarına müqavimət göstərərkən öldürülüb. Bu arada «Caucasus Times» internet nəşri xəbər verib ki, M.Yevloyevin qətlindən əvvəl İnquşetiyanın tanınmımış xalq parlamenti respublikanın Rusiyadan ayrılması barədə müraciət qəbul edibmiş. Nəşrin digər məlumatına görə, avqustun 30-da axşam «İnquşetiya.ru» saytında məclisin həmin qərarı yerləşdirilib, səhəri gün isə sayt dağıdılıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar