SON XƏBƏRLƏR

AG EV RİÇARD ÇEYNİNİN SƏFƏRİNİN MƏQSƏDLƏRİNİ AÇIQLAYIB

2021.10.20, 07:36
AG EV RİÇARD ÇEYNİNİN SƏFƏRİNİN MƏQSƏDLƏRİNİ AÇIQLAYIB

Gunaz.tv
AG EV RİÇARD ÇEYNİNİN SƏFƏRİNİN MƏQSƏDLƏRİNİ AÇIQLAYIB agev2.jpg Sentyabrın 2-də prezident Corc Buşun tapşırığı ilə Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliya yoluna çıxacaqABŞ vitse-prezidenti Riçard Çeyninin səfərin məqsədi açıqlanıb. Ağ evin yüksək səviyyəli rəsmisi jurnalistlərə bildirib ki, son vaxtlar Cənubi Qafqazda, xüsusən Gürcüstanda baş verənlər, bölgədə sülh və demokratiya üçün təhlükə və təhdidlər yarandığı bir vaxtda ABŞ dostları ilə məsləhətləşib səyləri əlaqələndirməyi çox vacib hesab edir. Səfərin təfsilatları barədə danışan Ağ ev rəsmisi deyib ki, R.Çeyni Azərbaycan hakimiyyəti ilə görüşlərində regionda yaranmış vəziyyətlə bağlı məsləhətləşmələr aparacaq, ABŞ-Azərbaycan gündəmində olan digər mühüm məsələləri müzakirə edəcək. Görüşlərdə enerji məsələləri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli zərurəti, həmçinin bu yaxınlarda prezident seçkiləri keçirəcək Azərbaycanda demokratiya və qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində davamlı səylər ətrafında fikir mübadiləsi aparılacaq. Ağ ev rəsmisi bildirib ki, Azərbaycan xalqına enerji ehtiyatlarının işlənilməsi və etibarlı şəkildə dünya bazarlarına nəql edilməsində kömək məsələsi öz enerji gələcəyini planlaşdıran ABŞ və Avropa dövlətlərinin çox möhkəm ortaq marağıdır: «Azərbaycan, Mərkəzi Asiya və Xəzər hövzəsi əlavə enerji mənbələrinin inkişaf etidirilməsi və onların beynəlxlaq bazarlarda yerləşdirilməsi üçün yaxşı imkanlar açır. ABŞ və müttəfiq dövlətlər bölgə ölkələrinə həmin ehtiyatların işlənilməsində daim dəstək veriblər». AzərTAc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar