SON XƏBƏRLƏR

Əli Babacan: “Qafqaz İttifaqı ideyasının gercəkləşməsi üçün Azərbaycanla anlaşıqlı bir əməkdaşlıq edirik”

2021.10.20, 07:36
Əli Babacan: “Qafqaz İttifaqı ideyasının gercəkləşməsi üçün Azərbaycanla anlaşıqlı bir əməkdaşlıq edirik”

Gunaz.tv
Əli Babacan: “Qafqaz İttifaqı ideyasının gercəkləşməsi üçün Azərbaycanla anlaşıqlı bir əməkdaşlıq edirik” İstanbul. Mayis Əlizadə-APA. Türkiyənin xarici işlər naziri Əli Babacan bütün məsələlərə yanaşmalarda Azərbaycanla eyni mövqedən çıxış etdiklərini və uğurlu əməkdaşlığın davamlı olacağını bəyan edib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyə XİN başçısı bu açıqlamanı hazırda ölkəsində səfərdə olan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirdiyi birgə brifinqdə bəyan edib. Ə. Babacan Azərbaycanla Türkiyənin bütün məsələlərdə strateji tərəfdaşlığı davam etdirəcəyini və bölgədəki problemlərin həllinə də tərəfdaşlıq baxımından yanaşacaqlarını vurğulayıb. Ölkəsi ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi əhəmiyyət daşıdığını deyən diplomat E. Məmmədyarovla görüşlərində ikitərəfli əməkdaşlıq və Qafqaz bölgəsindəki son vəziyyəti müzakirə etdiklərini bildirib: “Biz həm də Türkiyənin təklif etdiyi Qafqaz İttifaqı bağlı da fikir mübadiləsi apardıq. Bu ideyanın gercəkləşməsi üçün anlaşıqlı bir əməkdaşlıq edirik. Bizim məsələ ilə bağlı görüşlərimiz və əməkdaşlığımız davam edəcək”. Öz növbəsində E. Məmmədyarov da türkiyəli həmkarının bu dəvətindən məmnun olduğunu bildirib. Türkiyə və Azərbaycanın qardaş ölkə olduğunu deyən diplomat Türkiyə ilə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar