SON XƏBƏRLƏR

KÜRD MƏHBUSLAR AZƏRBAYCANA SÜRGÜN OLUNURLAR_İraqdakı türk torpaqlarında isə bu etnosun yaraqlıları savaşır

2021.10.20, 07:36
KÜRD MƏHBUSLAR AZƏRBAYCANA SÜRGÜN OLUNURLAR_İraqdakı türk torpaqlarında isə bu etnosun yaraqlıları savaşır

Gunaz.tv
KÜRD MƏHBUSLAR AZƏRBAYCANA SÜRGÜN OLUNURLAR İraqdakı türk torpaqlarında isə bu etnosun yaraqlıları savaşır S.SƏDRƏDDİN Bir zamanlar Güney Azərbaycan topaqlarında İran vəliəhdləri yaşayırdı. Bir dəfə İran şahı Məhəmmədrza Pəhləvinin xanımı Fərəh Diba Qaradağ mahalının üzərindən uçarkən demişdi: "Biz dincəlməyə Avstriya və Avropanın başqa şəhərlərinə gedirik. Azərbaycanın belə gözəl yerlərinin olduğunu bilmirdim". Elə indikilərin də pəhləvi şahları kimi Güneyə ögey münasibət bəsləməsi ucbatından bu gün Azərbaycan iqtisadi, turizm və başqa sahələrin inkişafı üzrə ölkədə sonuncu yerlərdə qərarlaşıb. İş o yerə çatıb ki, səfalı Azərbaycan torpaqları məhbusların sürgün məskənlərinə çevrilib. "Baybak"ın yaydığı xəbərə görə, terrorçu PEJAK və PKK üzvü olması ilə fəxr edən kürd etnik qrupuna aid məhbuslar Güney Azərbaycana sürgün edilirlər. Əvvəllər Tehran hakimiyyəti məhbusları ya ölkənin Cənubuna - ərəblər yaşayan yerlərə, ya da Şərqə - Sistan-Bəlucistan əyalətinə sürgün edərdi. Saysız-hesabsız məhbuslar illərdir ki buralarda sürgün həyatı yaşamaqdadırlar. Kürd məhbuslardan Kavə Cavanmərd Güney Azərbaycanın Marağa, Zeynəb Bəyazidi Zəncana, Hana Əbdisə isə Germi şəhərlərinə sürgün olunublar. Yerli müşahidəçilərin fikrincə, hakimiyyətin belə bir addım atması Güneydə türklərlə kürdlər arasında qarşıdurma törətməyə xidmət edir. Azərbaycan Milli Hərəkatının həbsdə olan təəssübkeşləri isə fars və ərəblərin yaşadıqları bölgələrə göndərilirlər. Bu yaxınlarda Abbas Lisani Güney Azərbaycanın Əhər rayonundakı həbsxanadan Yəzd şəhərindəki zindana etap olundu. Bu, Lisani ailəsi üçün həm mənəvi, həm də maddi cəhətdən ciddi çətinliklər yaradıb. Güney Azərbaycan ərazisinin sürgün yerinə çevrildiyi bir halda İraqda türklərin dədə-baba torpaqları savaş meydanına çevrilib. Kərkükdə süni şəkildə kürdlərin sayı artırıldı, Ərbil isə İraqın Şimalındakı kürd muxtariyyətinin başkəndi elan olundu. Bundan başqa, Güney Azərbaycanın Urmiya şəhərini bu etnik qrupun təmsilçiləri "Böyük Kürdüstan"ın paytaxtı sayaraq, burada tez-tez terror törədirlər. Mənbənin məlumatına əsasən, türklərin Qaratəpə bölgəsində İraqın hökumət qoşunları ilə kürd terrorçular arasında atışma baş verib. Hökumət binalarının üzərinə bu etnik qrupa məxsus yaraqlıların asdığı "Kürdüstan bayrağı"nı hərbçilər çıxarıb ataraq, yerinə İraqın rəsmi bayrağını sancıblar. İllər boyu Azərbaycan və Türkiyə ərazilərində terror aksiyası keçirən "peşmərgələr" - kürd yaraqlıları silah gücünə və havadarlarına arxayın olaraq, türklərin dədə-baba torpaqlarını işğal edir. Bütün bunlar azmış kimi, Tehran hakimiyyəti kürd məhbusları Azərbaycan bölgələrinə sürgün etməkdədir. Onların azad edilməsi ilə bağlı PEJAK və bu kimi terrorçu qurumların gələcəkdə həmin ərazilərdə terror aksiyaları keçirməyəcəyinə kim təminat verə bilər? ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar