SON XƏBƏRLƏR

Azərbaycanın NATO üzvü olmaq istəyi intihara bərabərdir

2021.10.20, 07:36
Azərbaycanın NATO üzvü olmaq istəyi intihara bərabərdir

Gunaz.tv
Azərbaycanın NATO üzvü olmaq istəyi intihara bərabərdir vvgin7jw.gif Tomas Qolts: “Azərbaycan hökuməti bu vəziyyətdə ehtiyatlı olmalıdır” “Regionda baş verənlər Azərbaycan üçün təhlükəlidir. Amma yaxın vaxtlarda analoji hadisələrin burada da təkrarlanacağına inanmıram”. Bunu APA-ya açıqlamasında ABŞ-ın Montana Universitetinin siyasət fakültəsinin professoru Tomas Qolts deyib. Dağlıq Qarabağla Gürcüstandakı münaqişələr arasında həm oxşar, həm də fərqli cəhətlərin olduğunu söyləyən professorun fikrincə, Rusiyanın Gürcüstana güclü hərbi zərbələr endirməsinin səbəbi iki ölkə arasında münasibətlərin xeyli vaxtdır, gərgin olmasıdır: “Vladimir Putinlə Mixail Saakaşvilinin şəxsi münasibətləri də yaxşı deyil. Azərbaycanla bağlı isə vəziyyət tam fərqlidir. Azərbaycanla Rusiya arasında, İlham Əliyevlə Rusiya rəhbərliyində təmsil olunan şəxslər arasında münasibətlər yaxşıdır”. T. Qolts situasiyanın oxşar olmadığını qeyd etsə də, Azərbaycan hökumətini bu vəziyyətdə ehtiyatlı olmağa çağırıb. Professor hesab edir ki, Azərbaycan “kvadrat siyasəti”ni davam etdirməlidir: “Yəni, rəsmi Bakı Şimalda Rusiya, Cənubda İran, Şərqdə Çin, Qərbdə isə Amerika ilə dostluq və tərəfdaşlığını sürdürməli, balansı mütləq qorumalıdır”. “Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün NATO-ya üzv olmaq niyyətini bildirməsi hansı nəticələrə gətirib çıxarar” sualını cavablandıran T. Qolst hesab edir ki, bu, intihar olardı. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar