SON XƏBƏRLƏR

İrana qarşı istənilən hücüm dünya müharibəsinin başlanması deməkdir – İran generalı

2021.10.20, 07:36
İrana qarşı istənilən hücüm dünya müharibəsinin başlanması deməkdir – İran generalı

Gunaz.tv
İrana qarşı istənilən hücüm dünya müharibəsinin başlanması deməkdir – İran generalı _masud_cazayiri_300808.jpg İranın Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini Məsud Cəzayiri bildirib ki, İrana qarşı istənilən hücum dünya müharibəsinin başlanması deməkdir.Bu barədə İranın «İrna» agentliyi şənbə günü məlumat yayıb. O əlavə edib ki, ABŞ və sionizmin tamahı getdikcə dünyanı uçuruma yaxınlaşdırır. Cəzayiri bildirib ki, Sudan, İraq, Əfqanıstan və son vaxtlar Qafqazda baş verənlər buna sübutdur. Onun sözlərinə görə, İrana qarşı yönəldilən istənilən hücum, ilk öncə saxta və yalançı rejimləri aradan qaldıracaq. Cəzayiri əlvə edib ki, «Dünya ağalığı» iddiasında olan ölkələr hazırda uçuruma doğru irəliləyir və yaxın gələcəkdə dünyada böyük dəyişikliklər gözlənilir. O bildirib ki, hamı dünyada sülhün təmin olunması uğrunda çalışmalıdır, uzaq məsafədə olduqlarına görə, müharibədən kənarda qalacaqlarını fikirləşənlər səhv edirlər. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar