SON XƏBƏRLƏR

Dik Çeyninin Azərbaycana səfəri nə vəd edir?

2021.10.20, 07:36
Dik Çeyninin Azərbaycana səfəri nə vəd edir?

Gunaz.tv
Dik Çeyninin Azərbaycana səfəri nə vəd edir? Son günlər Rusiya Dağlıq Qarabağ və Dnestryanı separatçı rejimlərin müstəqilliyini tanımayacağını dəfələrlə rəsmi şəkildə bəyan edib. Lakin hadisələrin gedişi göstərir ki, Kreml istənilən an bölgədə yaranan vəziyyətlə əlaqədar müxtəlif bəhanələrlə Azərbaycan və Moldovanın ərazi bütövlüyünün nozulmasına xidmət edən addımlar ata bilər. Belə bir təhlükənin olması isə ABŞ və onun NATO üzrə müttəfiqlərinin bölgədə daha çevik siyasət yeritməsini zərurət kimi qarşıya çıxarıb. Bu baxımdan, ABŞ-ın vitse-prezidenti Dik Çeyninin gələn həftənin əvvəllərində Azərbaycana, Ukraynaya və Gürcüstana gözlənilən səfəri diqqət mərkəzindədir. İş orasındadır ki, məhz Dik Çeyninin hər üç respublikanın prezidentləri ilə görüşündən sonra Vaşinqtonun bölgədə yeridəcəyi siyasətə və Rusiyaya münasibətdə atacağı addımlara aydınlıq gətiriləcək. Şübhəsiz ki, Çeyninin regiona səfəri çərçivəsində Azərbaycan rəhbərliyi ilə keçirəcəyi görüşdə Xəzər hövzəsində istər iqtisadi, istər siyasi, istərsə də hərbi strateji əhəmiyyət daşıyacaq məsələlər də müzakirə mövzusu olacaq.Təsadüfi deyil ki, politoloqlar Çeyninin qarşıdakı səfərini ABŞ-ın Rusiyadan gözlənilən təhlükəyə qarşı Azərbaycan, Gürcüstan və Ukraynanın tam şəkildə müdafiə edəcəyi barədə onlara verəcəyi hərbi dəstək kimi dəyərləndirirlər. Bu baxımdan, Çeyninin regiona gözlənilən səfərinə ABŞ-da da böyük ümid bəsləyirlər. Bunu Riçard Çeyninin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Hannanın verdiyi son açıqlama da bir daha sübut edir. Onun sözlərinə görə, Riçard Çeyninin səfəri Vaşinqtonun bu postsovet respublikaları ilə əlaqələri ən yüksək səviyyədə inkişaf etdirmək istəyindən irəli gəlir. Con Hanna səfərin əsas məqsədinin Birləşmiş Ştatların dünyanın bu hissəsində təhlükəsizlik və sabitlikdə maraqlı olduğunu nümayiş etdirməkdir. Dik Çeyninin regiona səfəri ilə bağlı məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin fikrincə, bütün hallarda Vaşinqton Rusiyanın Gürcüstanı işğal ssenarisinin Azərbaycana və Ukraynaya sıçramaması üçün əlindən gələni edəcək. O, belə hesab edir ki, baş verən son hadisələrdən sonra Vaşinqton region ölkələrinə, o cümlədən Azərbaycana qonşularından gözlənilən təhlükənin qarşısını almaq üçün göstərdiyi hərbi yardımı bir neçə dəfə artıracaq. Bundan əlavə, politoloq Rusiyanın Gürcüstan ərazilərini işğalının yanacaq -enerji daşıyıcıları üçün böyük təhlükə yaratdığını nəzərə alaraq, ABŞ-ın Bakı-Tbilisi- Ceyhan neft kəmərinin keçdiyi ölkələrdə xüsusi təyinatlı qüvvələr yerləşdirə biləcəyini də istisna etmədiyini deyib. Politoloq Rasim Musabəyov da son hadisələrin ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığının daha da genişlənməsinə gətirib çıxaracağını vurğulayıb. O deyib ki, Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi ABŞ-ın qarşısında Xəzər, Qara dəniz və Baltik dənizi hövzələrində hərbi fəallığını daha da genişləndirməsi üçün əlverişli imkanlar açıb. Rasim Musabəyovun fikrincə, Dik Çeyninin regiona səfəri də məhz bu məqsədlərə xidmət edir .zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar