SON XƏBƏRLƏR

RUSİYA GÜRCÜSTANDAKI AZƏRBAYCANLILARI SEPARATÇILIĞA SÖVQ EDİR

2021.10.20, 07:36
RUSİYA GÜRCÜSTANDAKI AZƏRBAYCANLILARI SEPARATÇILIĞA SÖVQ EDİR

Gunaz.tv
RUSİYA GÜRCÜSTANDAKI AZƏRBAYCANLILARI SEPARATÇILIĞA SÖVQ EDİR Ermənilər isə Cavaxetiyada muxtariyyət tələbi üçün Moskvadan işarə gözləyirlər Rusiya Gürcüstanı parçalamaq planlarının növbəti mərhələsinə başlayır. Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin tanınmasından sonra Gürcüstandakı digər etnik azlıqlar, konkret olaraq ermənilər və azərbaycanlılar arasında da separatçılıq meylləri təşviq edilir. Gürcüstanın Cavaxetiya bölgəsində ermənilər arasında separatçılıq meyllərinin gücləndiyi və Cənubi Osetiyada münaqişə başlamazdan bir neçə həftə əvvəl Tiflisin erməni separatçılarına qarşı bəzi sərt addımlar atdığı məlum idi. Son məlumatlara görə, Cavaxetiyadakı erməni separatçıları yenidən fəallaşırlar, Ermənistandan isə onlara Rusiyanın xüsusi xidmət orqanlarına bağlı çevrələr dəstək verir. Belələrindən biri də politoloq Levon Məlik-Şahnazaryandır. Rusiyanın “İnterfaks” agentliyinə verdiyi açıqlamada o deyib ki, Cavaxetiyanın Gürcüstandan ayrılıb müstəqilliyini elan etməsinin vaxtı çatıb. Onun sözlərinə görə, Gürcüstan Ermənistanın maraqlarına qarşı siyasət yeridir, bu ölkədən Ermənistana daşınan yüklər üçün yüksək rüsum təbtiq edilir. Şahnazaryan deyib ki, Ermənistan Gürcüstana təzyiq üçün Cavaxetiya amilindən istifadə etməlidir. Gürcüstan mətbuatı isə yazıb ki, Rusiyanın Gürcüstana qarşı hərbi təcavüzü bitməyib. Bildirilir ki, Ermənistanla Gürcüstanın sərhədlərində onlarla hərbi texnika cəmləşdirilib və onlar istənilən an ölkəyə müdaxilə edə bilər. Ehtimal olunur ki, Ermənistan Rusiyanın əliylə Cavaxetiyada ermənilərin qiyamını təşkil edəcək, Tiflis bu qiyamı yatırmaq üçün güc tətbiq etməli olacaq, ardınca isə Rusiya Ermənistandakı bazalarından Gürcüstana müdaxilə edəcək. Gürcüstanda yaşayan azərbaycanlılar arasında da Rusiyanın bu ölkəyə müdaxiləsi zamanı separatçılıq meyllərini təşviq etmək cəhdi olub. Dünən isə Dünya Azərbaycanlıları Konqresi adlı təşkilatdan Əjdər Tağızadə “İnterfaks”a bildirib ki, onun təmsil etdiyi təşkilat Saakaşvili hakimiyyətinin Gürcüstandakı azərbaycanlıların hüquqlarını pozması məsələsini beynəlxalq təşkilatlar qarşısında qaldırmağa hazırlaşır. Onun sözlərinə görə, Borçalıda yaşayan 500 minə yaxın azərbaycanlının hüquqları tapdalanır. Bundan əvvəl isə həmin təşkilatdan Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğu güman edilən Daşqın Gülməmmədov Cənubi Osetiya ətrafında baş verən münaqişədən istifadə edərək azərbaycanlıların muxtariyyət tələbi ilə çıxış etməli olduğunu bildirmişdi. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar