SON XƏBƏRLƏR

Dağlıq Qarabağ məsələsinin həllinin dюrd məqamı . Yaranmış gərginlikdən kim qalib çıxacaq?

2021.10.20, 07:36
Dağlıq Qarabağ məsələsinin həllinin dюrd məqamı . Yaranmış gərginlikdən kim qalib çıxacaq?

Gunaz.tv
Dağlıq Qarabağ məsələsinin həllinin dюrd məqamı Yaranmış gərginlikdən kim qalib çıxacaq? Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı fikirlər Gürcüstanda baş verən olaylardan sonra daha cox səslənməyə başlayıb. Təhlilçilər bir-birindən fərqli proqnozlar verirlər. Bu proqnozlar bəzən tamamilə əks nəticələrin olacağını ortaya qoyurlar. Əslində du münaqişənin özəl cəhətlərini cox hallarda unudurlar. Məsələ ondan ibarətdir ki, Dağlıq Qarabağı Ermənistan işğal edib. Qalan münaqişələrin heç birində belə situasiya yoxdur. Özü də işğal faktını beynəlxalq təşkilatlar rəsmi sənədlərində etiraf ediblər. O başqa məsələdir ki, beynəlxalq təşkilatlar konkret olaraq işğalçını mövqeyindən əl çəkdirmirlər. Bu şərtlər daxilində Gürcüstanda baş verən olaylar Dağlıq Qarabağ məsələsinə necə təsir edə bilər? Hər şeydən öncə Qərbin məsələyə daha ciddi yanaşacağını təxmin etmək olar. Çünki Qərb özü üçün çox əhəmiyyətli olan Azərbaycanı böyük bir qüvvə qarşısında tək buraxmaqla ciddi ris к ə getmiş olur. İndi Qərb üçün enerji məsələsi daha da önəm daşıyır. Enerji faktoru Rusiyanın Gürcüstanda etdiklərindən sonra xeyli ris к kəsb edib. Qərb bu risqi yüksəltmək istəməyəcək. Odur ki, onun Azərbaycan məsələsində təpkisi daha real məzmun kəsb etməlidir. Bu təpkinin hansı forma və məzmunda olacağı isə başqa məsələdir. Bunlarla yanaşı, Rusiyanın da Dağlıq Qarabağ məsələsinin həllində maraqlı olması ehtimalı çoxalıb. Ona görə ki, Rusiya Gürcüstanda etdiklərini qorumağa xeyli enerji sərf etməli olacaq. O, eyni zamanda bir neçə cəbhədə savaşmağa girişməz. Lakin Rusiyanın burada öz maraqlarının olduğunu yaddan çıxarmamalıyıq. İstənilən halda Rusiya Ermənistanın mövqeyini dəstəkləməkdə davam edəcək. Əslində bu, elə Rusiyanın öz maraqlarıdır. Bu mərhələdə rəsmi Moskvanın fərqli fəndlərə və diplomatik arqumentlərə əl atacağı tam gözləniləndir. Deyək ki, rəsmi Moskva məntiqinə bir qədər hədələyici ton verə bilər. Sergey Lavrov bunun ilkin işarətini verib. O, Dağlıq Qarabağ və Dnestryanının Abxaziya və Güney Osetiyadan ferqli üsulla həll ediləcəyini deyib. Yəni faktiki olaraq Rusiyanın bu məsələlərdə mövqeyi Abxaziyadakı mövqeyindən fərqlənmir, sadəcə Azrbaycan və Moldova öz torpaqlarını hərbi yolla azad etmək fikrinə düşməyənə qədər Rusiya onlara toxunmayacaq. Problemin rus modeli üzrə həllinin yekun nəticəsi isə Gürcüstandan fərqlənmir. Deməli, Sergey Lavrov diplomatik ibarə ilə əslində bizi hədələyib. Bu da onu göstərir ki, Dağlıq Qarabağ məsələsinin həlli Rusiya üçün önəm daşısa da konkret geosiyasi maraq xeyli əngəllər ortaya çıxarır. İndi məsələyə Ermənistanın düşdüyü geosiyasi situasiya prizmasında baxaq. Ermənistan üçün Dağlıq Qarabağ məsələsinin Qərb üçün önəminin daha da artması xoş sürpriz deyil. Rəsmi İrəvan bilir ki, Gürcüstanda baş verənlərdən sonra dünya ərazi bütövlüyü faktoruna daha çox önəm verməyə başlayıb. Bu vəziyyətdə Dağlıq Qarabağda müstəqil dövlət qurmaq imkanı yoxdur. Ermənistan təkbaşına bu məsələni həll edə bilməz. Ola bilsin ki, o, avantüraya gedib Dağlıq Qarabağı tanısın. Bu, onun beynəlxalq fiaskosunun sürətlənməsinə gətirib çıxaracaq. Bundan artığına rəsmi İrəvanın gücü çatmaz. Deməli, müəyyən mənalarda Dağlıq Qarabağ məsələsi Ermənistan üçün qeyri-müəyyən məzmun kəsb edəcək. Nəhayət, Azərbaycanın maraqları baxımından problemin mürəkkəbləşəcəyini təxmin etmək olar. Qərb və Rusiya üçün onun aktuallığının artması ilə həlli imkanlarının artmaması süründürməçi vəziyyətin formalaşması ehtimalını artırır. Süründürməçi situasiya Azərbaycana sərf etmir. Cünki bu vəziyyətin nə ilə sonuclanacağı bəlli olmaz. Deməli, real olaraq yalnız Azərbaycan münaqişənin tez həll edilməsində maraqlıdır. Bu da ölkəmizin aktivliyini artıracağı anlamına gəlir. Böyük dövlətlərin vəziyyəti süründürmək xəttini tutması ilə Azərbaycanın fəallığı artırması ziddiyyət təşkil etməyəcək ki? Bizcə, bunun ehtimalı çoxdur. Ancaq Qərbin bölgədəki maraqları onun Azərbaycanı müdafiə etməsini gücləndirəcək. Prinsipial məqamlarda Qərbin ölkəmizi müdafiə edəcəyi gözləniləndir. Buna görə də indi müşahidə edilən gərginliyin Azərbaycanın xeyrinə sonuclanacağını təxmin etmək olar. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar