SON XƏBƏRLƏR

Türkiyədə barıt fabrikində partlayış baş verib, ölən və yaralananlar var

2021.10.20, 07:36
Türkiyədə barıt fabrikində partlayış baş verib, ölən və yaralananlar var

Gunaz.tv
Türkiyədə barıt fabrikində partlayış baş verib, ölən və yaralananlar var bombblast.jpg Türkiyədə Makina Kimya Sənayesinə məxsus barıt fabrikində güclü partlayış baş verib. APA-nın məlumatına görə, partlayışın fabrikin qurutma sexində baş verdiyi güman olunur. İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 16 nəfər ağır yaralanıb. Partlayışın ardınca fabrikdə güclü yanğın başlayıb. Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım maşını cəlb olunub. Partlayışın gücü hadisə yerindən 7 kilometr uzaqlıqda yerləşən şəhər mərkəzində də hiss olunub. İlkin ehtimallara görə, partlayış təhlükəsizlik texnikası qaydalarına riayət olunmaması səbəbilə baş verib.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar