SON XƏBƏRLƏR

Bakı ehtiyatlı olmalıdır_Tomas Qoltsun fikrincə, Azərbaycan

2021.10.20, 07:36
Bakı ehtiyatlı olmalıdır_Tomas Qoltsun fikrincə, Azərbaycan

Gunaz.tv
"Bakı ehtiyatlı olmalıdır" Tomas Qoltsun fikrincə, Azərbaycan "kvadrat siyasəti"ndə qalıb balanslı kursunu davam etdirməlidir "Azərbaycan hökuməti bu vəziyyətdə ehtiyatlı olmalıdır" "Regionda baş verənlər Azərbaycan üçün təhlükəlidir. Amma yaxın vaxtlarda analoji hadisələrin burada təkrarlanacağına inanmıram". Bunu APA-ya açıqlamasında ABŞ-ın Montana Universitetinin siyasət fakültəsinin professoru Tomas Qolts deyib. Dağlıq Qarabağla Gürcüstandakı münaqişələr arasında həm oxşar, həm də fərqli cəhətlərin olduğunu söyləyən professorun fikrincə, Rusiyanın Gürcüstana güclü hərbi zərbələr endirməsinin səbəbi iki ölkə arasında münasibətlərin uzun müddətdən bəri gərgin olmasıdır:"Putinlə Saakaşvilinin şəxsi münasibətləri də yaxşı deyil. Azərbaycanla bağlı isə vəziyyət tam fərqlidir. Azərbaycanla Rusiya arasında, İlham Əliyevlə Rusiya rəhbərliyində təmsil olunan şəxslər arasında münasibətlər yaxşıdır". Qolts situasiyanın oxşar olmadığını qeyd etsə də, Azərbaycan hökumətini bu vəziyyətdə ehtiyatlı olmağa çağırıb. Professor hesab edir ki, Azərbaycan "kvadrat siyasəti"ni davam etdirməlidir: "Yəni, rəsmi Bakı Şimalda Rusiya, Cənubda İran, Şərqdə Çin, Qərbdə isə Amerika ilə dostluq və tərəfdaşlığını sürdürməli, balansı mütləq qorumalıdır". "Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün NATO-ya üzv olmaq niyyətini bildirməsi hansı nəticələrə gətirib çıxarar" sualını cavablandıran Qolst hesab edir ki, bu, intihar olardı. Beləliklə, məşhur Qolts balanslaşdırma siyasətini davam etdirməyimizi istəyir. Baxmayaraq ki, regionda Qərb-Rusiya toqquşmasının günbəgün sərtləşməsinə paralel olaraq Azərbaycanın balanslaşdırma siyasətini davam etdirməsi də çətinləşir. Belə situasiyada Bakının mövqeyinə baş verən hadisələrə Qərbin hansı dərəcədə reaksiya verməsi təsir göstərəcək. Bunu isə AB-nin Brüssel sammitinin Rusiyaya qarşı nə qədər radikal, qətiyyətli mövqe tutması və ABŞ-ın vitse-prezidenti Dik Çeyninin regiona səfəri az-çox işıqlığa çıxaracaq. "ABŞ-ın vitse-prezidenti Riçard Çeyninin Azərbaycan, Gürcüstan və Ukraynaya gələn həftə nəzərdə tutulan səfəri Vaşinqtonun bu postsovet ölkələri ilə əlaqələri dərinləşdirmək istəyini nümayiş etdirəcək". APA-nın məlumatına görə, bu sözləri Riçard Çeyninin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Hanna deyib. Onun sözlərinə görə, səfərin əsas məqsədi Birləşmiş Ştatların dünyanın bu hissəsində təhlükəsizlik və sabitlikdə maraqlı olduğunu nümayiş etdirməkdir: "ABŞ administrasiyası Çeyninin bu tələsik səfərinə xüsusi əhəmiyyət verir. Sözsüz ki, Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatı və birtərəfli şəkildə Cənubi Osetiya və Abxaziyanı tanıması bu səfərin əhəmiyyətini artırıb". Azad Xəlil express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar