SON XƏBƏRLƏR

Qara dənizdə rus-türk gərginliyi . NATO Montro sazişini basdırır

2021.10.20, 07:36
Qara dənizdə rus-türk gərginliyi . NATO Montro sazişini basdırır

Gunaz.tv
Qara dənizdə rus-türk gərginliyi NATO Montro sazişini basdırır Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Noqovitsın Türkiyəni 1936-cı ildə imzalanmış Montro anlaşmasını kobud şəkildə pozaraq NATO-nun hərbi gəmilərini Qara dənizə buraxmaqda suçlayıb. Generalın sözlərinə görə, Ankara boğazlardan ağır tonnajlı və nüvə silahı olan gəmilər buraxmamalı və NATO gəmiləri 21 gündən artıq Qara dənizdə qala bilməzlər. Noqovitsın bu müddətdə ABŞ gəmilərinin dənizdən çıxmadıqları təqdirdə məsuliyyətin Türkiyənin daşıyacağını bildirib. Qan çıxmayan yerdən qaşıyıb qan çıxaran generalın sözlərinə görə, ABŞ-ın hərbi gəmiləri Qara dənizdəki mövqelərindən Sankt-Peterburqu belə nüvə zərbəsi ilə vura bilərlər. Türkiyənin Dəniz Qüvvələri komandanı, admiral Metin Atac isə Gürcüstana humanitar yük aparan ABŞ hərbi gəmilərinin Bosfor və Dardenal boğazlarından keçməsinin Montro sazişə zidd olmadığını bildirib:"Əgər bu gəmilər 21 gündə çıxmasa, bunun məsuliyyəti sadəcə, Türkiyəyə aid yox, Montroda imzası olan bütün ölkələrə aid olacaq". Bu arada RF Qara dəniz Donanmasının keçmiş komandanı Eduard Baltin "RİA Novosti"yə rus donanmasının NATO-nun Qara dənizdəki döyüş gəmilərini 20 dəqiqə ərzində məhv edə biləciyini iddia edib. Hazırda Qara dənizdə ABŞ HDQ-nin 3, İspaniya, Almaniya və Polşanın hərəyə 1, Türkiyənin isə 4 gəmisi var. Daha 8 gəmi isə boğazları keçməyə hazırlaşır. Baltin iddia edib ki, NATO gəmiləri çox böyük olduğundan Qara dənizdə döyüş qabiliyyətini nümayiş etdirə bilməz: "Zərurət yaranarsa, bir ədəd "Moskva" raket kreyseri və iki-üç raket kateri NATO gəmilərini məhv etmək üçün yetərlidir. 20 dəqiqədən sonra dəniz tərtəmiz olacaq". Qara dənizi siçan tələsi ilə müqayisə edən keçmiş komandanın sözlərinə görə, buraya daxil olmaq mümkün olsa da, qarşıdurma zamanı çıxmaq çox çətindir: "Düşmənə təkcə gəmilər deyil, aviasiya və sahil sistemindən də zərbələr endirləcək". O, İkinci Dünya müharibəsində hətta Almaniya gəmilərinin belə Qara dənizə daxil olmadığını vurğulayıb. Bununla yanaşı, Baltin Qara dənizdə NATO və Rusiya arasında toqquşma olacağını isə istisna edir: "Biz hücum etməyəcəyik, onlar isə intihara əl atmazlar". Elnur Mirzə express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar