SON XƏBƏRLƏR

Rusiya və ABŞ təyyarələri səmada toqquşma təhlükəsi ilə üzləşib

2021.10.20, 07:36
Rusiya və ABŞ təyyarələri səmada toqquşma təhlükəsi ilə üzləşib

Gunaz.tv
Rusiya və ABŞ təyyarələri səmada toqquşma təhlükəsi ilə üzləşib Rusiyanın «Transaero» və ABŞ-ın «Delta» aviaşirkətlərinə məxsus iki təyyarə ABŞ səmasında toqquşma təhlükəsi ilə üzləşib. APA-nın «Assosiated Press» agentliyinə istinadən verdiyi xəbərə görə, hər iki təyyarə Puerto-Rikonun paytaxtı San-Xuan şəhərindən 300 km şimalda 10 min metr hündürlüyündə üz-üzə gəlib. Lakin Rusiya şirkətinə məxsus «Boeing-737» təyyarəsinin pilotu dərhal layneri aşağı hündürlüyə endirərək toqquşmanın qarşısının alınmasına nail olub. ------------------------------------------------------------------------- Ankara Rusiyaya sərt cavab verdi Rusiya Türkiyəni Montro anlaşmasının şərtlərini kobud şəkildə pozaraq Qara dənizə NATO-nun hərbi gəmilərini buraxmaqda suçlayaraq bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Belə ki, Türkiyə-Gürcüstan sərhədindəki nəzarət-buraxılış postunu ələ keçirən rusiyalı hərbçilər türklərin yük maşınlarını gömrük yoxlaması adı ilə sxalayır, yüklərini boşaldır və heç bir səbəb olmadan sutkalarla gözlədəndən sonra geri qaytarırlar. Bundan başqa, Rusiya özbaşına olaraq Türkiyədən Gürcüstana göndərilən mallara "gömrük rüsumları" tətbiq edir. Baş verənlər isə iki ölkə arasında münasibətləri gərginləşdirib. Türkiyənin dövlət naziri Gürşad Tüzmen bildirib ki, sentyabrın 1-dən etibarən Ankara Moskvaya qarşı iqtisadi sanksiyaların tətbiqinə başlaya bilər. "Rusiya bizi ən böyük ticari tərəf-müqabilimizdir. Ötən il ölkələrimiz arasında ticari dövriyyə $28,2 milyarda bərabər olub. Lakin buna rəğmən, Türkiyə ilə belə davranmağa kimsənin haqqı yoxdur", - Tüzmen deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar