SON XƏBƏRLƏR

ABŞ Ermənistanı Rusiyadan ayırmaq istəyir,Politoloqlara görə, bu işdə Türkiyənin rolundan istifadə edilir

2021.10.20, 07:36
ABŞ Ermənistanı Rusiyadan ayırmaq istəyir,Politoloqlara görə, bu işdə Türkiyənin rolundan istifadə edilir

Gunaz.tv
ABŞ Ermənistanı Rusiyadan ayırmaq istəyir Politoloqlara görə, bu işdə Türkiyənin rolundan istifadə edilir "Beynəlxalq hüquq artıq yoxdur, dünyanı siyasi maraqlar idarə edir. Bu siyasi maraqlar ölkələrin yox, siyasi liderlərin maraqlarıdır". Bu fikirləri AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev Cənubi Qafqazdakı durumla bağlı politoloq və hüquq müdafiəçilərin iştirakı ilə dünən keçirilən dəyirmi masada deyib. Regionda vəziyyətin birmənalı olmadığını deyən Rövşən Mustafayev hesab edir ki, 1945-ci il sxemi yenidən reallaşa bilər, sadəcə bu dəfə Rusiyanın qarşısını almaq üçün İran seçilə bilər. Onun sözlərinə görə, istənilən halda bu sxem Azərbaycan üçün əlverişli deyil. "İndiki vəziyyətdə ABŞ Ermənistanı Rusiyadan ayırmaq istəyir və bu işdə Türkiyənin rolundan istifadə edir". Mustafayev Ermənistan parlamentinə Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə bağlı 7-8 layihə daxil olduğunu bildirib. Onun fikrincə, Ermənistan Şimali Kipri tanısa, Azərbaycanla Türkiyə arasında vəziyyət gərginləşəcək. AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru İlham Məmmədzadənin fikrincə, Azərbaycan Türkiyədən çox şey gözləməməlidir: "Siyasətdə qohumluq olmur, əsas olan ölkənin mənafeyidir. Türkiyə böyük bir dövlətdir, onun öz maraqları var", - deyən İ.Məmmədzadə Ankaranın bu çətin dünyada çox ağıllı siyasət apardığını vurğulayıb. Dediyinə görə, hazırda Azərbaycanla Türkiyə iqtisadi cəhətdən çox bağlı olsa da, Türkiyədən Azərbaycanı 100 faiz qane edəcək addım atmağı gözləmək olmaz. Dəyirmi masada digər politoloq və hüquq müdafiəçiləri də çıxış edərək mövzu ətrafında fikirlərini bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar