SON XƏBƏRLƏR

ABŞ Tayvana silah satacaq

2021.10.20, 07:36
ABŞ Tayvana silah satacaq

Gunaz.tv
ABŞ Tayvana silah satacaq Tayvanın Müdafiə Nazirliyi Birləşmiş Ştatlardan 60 ədəd gəmi əleyhinə nəzərdə tutulan "Qarpun" raketlərinin alınması barədə sazişə imza atıb. "Los Anceles Tayms" qəzetinin yaydığı məlumata görə, əldə olunan razılaşmanın dəyəri 90 milyon dollardır. Raketlər gələn ilin sonuna kimi Tayvana çatdırılacaq. Maraqlıdır ki, ABŞ son illər Çinlə münasibətlərini gərginləşdirməmək üçün Tayvana silah satmırdı. Lakin mart ayında "Homindan" partiyasının lideri Ma İnçzou Tayvanın prezidenti seçildikdən sonra Tayvanla Çin arasında ikitərəfli münasibətlər yaradılıb. İyul ayında isə 60 illik fasilədən sonra birbaşa aviareyslər bərpa edilib. Ekspertlər hesab edir ki, gələcəkdə Ağ ev tanınmamış bu ada dövlətinə 12 ədəd "Orion" tipli R-3S təyyarələri satacaq. Tayvanın yeni lideri ABŞ-dan həmçinin "F-16" qırıcıları da almaq istədiyini açıqlayıb. Azər NURİYEV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar