SON XƏBƏRLƏR

TBİLİSİ MOSKVADAKI DİPLOMATLARINI GERİ ÇAĞIRDI. GÜRCÜSTANI RUSİYADA ÜÇÜNCÜ BİR DÖVLƏTİN SƏFİRLİYİ TƏMSİL EDƏCƏK

2021.10.20, 07:36
TBİLİSİ MOSKVADAKI DİPLOMATLARINI GERİ ÇAĞIRDI. GÜRCÜSTANI RUSİYADA ÜÇÜNCÜ BİR DÖVLƏTİN SƏFİRLİYİ TƏMSİL EDƏCƏK

Gunaz.tv
TBİLİSİ MOSKVADAKI DİPLOMATLARINI GERİ ÇAĞIRDI. GÜRCÜSTANI RUSİYADA ÜÇÜNCÜ BİR DÖVLƏTİN SƏFİRLİYİ TƏMSİL EDƏCƏK Gürcüstanın Rusiyadakı bütün diplomatları avqustun 30-da geri çağırılacaq. «Media forum» saytı xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin müavini Qriqol Vaşadze deyib: «Biz yalnız konsulluğu saxlayacağıq». Onun sözlərinə görə, Gürcüstanı Rusiyada üçüncü bir dövlətin səfirliyi təmsil edəcək. Həmin dövlət hələ seçilməyib. Q.Vaşadze onu da qeyd edib ki, ehtiyac yaranarsa, xarici siyasət idarəsi üçüncü ölkə ərazisində görüşlərin və danışıqların keçirilməsi üçün xüsusi nümayəndə müəyyən edəcək. Rusiya avqustun 26-da Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət adına tanıyandan sonra Gürcüstan parlamenti bu ölkə ilə diplomatik əlaqələrin dayandırılması haqda qərar qəbul edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar