SON XƏBƏRLƏR

Türkiyənin Ermənistan siyasəti dəyişməməlidir

2021.10.20, 07:36
Türkiyənin Ermənistan siyasəti dəyişməməlidir

Gunaz.tv
Türkiyənin Ermənistan siyasəti dəyişməməlidir İşğalçı siyasətdən əl çəkməyincə, İrəvanla əməkdaşlıq etmək düzgün deyil Gülün mərhəməti erməni ağıllandıracaqmı? Türkiyə ilə Ermənistan arasında münasibətlər yumşalmaqdadır. Münasibətlər o həddə yumşalıb ki, artıq Türkiyə prezidenti Abdullah Gülün İrəvana səfərə gedəcəyi müzakirə mövzusuna çevrilib. Bəhanə futboldur. 2010-cu il dünya çempionatının seçmə mərhələsində Türkiyə millisi Ermənistan komandası bir qrupda yer alıb. (Yeri gəlmişkən, Avropa-2008-in seçmə mərhələsində Ermənistan yığması "təsadüfən" Azərbaycan yığması ilə bir qrupda yer almışdı. İstədikləri dövlətləri dalaşıran, istədiklərini barışdıran supergüclərin "püşk" məsələsinə müdaxiləsi şübhəli məsələyə oxşayır-müəll.) A.Gül İrəvana Türkiyə ilə Ermənistan seçməsi arasında oyuna baxmağa gedəcəkmiş. Türkiyə mətbuatının yazdığına görə, səfər üçün siyasi qərar verilib və APK-çi cümhürbaşqanı böyük ehtimalla, İrəvana gedəcək. Türkiyə prezidentinin Ermənistan paytaxtına planlaşdırılan səfəri ilə bağlı fikirlər müxtəlifdir. Bir sıra ekspertlər bu səfəri vacib hesab edirlər. Bəzi Qərbpərəstlər də bu fikirdədir. Onların fikrincə, Gülü İrəvana ABŞ göndərir. Ermənistanı Rusiyadan qoparmağın tək yolu Türkiyənin Ermənistana qucaq açmasında görən analitiklər hesab edir ki, Türkiyənin Ermənistanla yaxınlaşması proyektini Amerikada hazırlanıb. Gürcüstanı, Ukraynanı narıncı inqilabla Rusiyanın təsirindən qurtaran Ağ Ev Ermənistanı Türkiyə vasitəsilə Moskvanın əsarətindən qurtarmaq istəyir. Başqa bir versiyaya görə, ötən il cümhuriyyətçilər və ordu tərəfindən sıxışdırılan AKP iqtidarı hakimiyyətdə qalmaq üçün Ağ Evdən yardım alıb və bunun müqabilində Ermənistanla əlaqələri bərpa edəcəyinə söz verib. Xatırladaq ki, Ermənistanla Türkiyənin münasibətləri SSRİ dağılandan sonra pozulub. Daha doğrusu, Ermənistan müstəqilliyini elan edəndən sonra Türkiyəyə qarşı destruktiv mövqe sərgiləyəmə başlayıb. Ortaya qondarma "erməni soyqırımı" iddiasını atmaqla Türkiyəni beynəlxlaq aləmdə nüfuzdan salmağa girişib. Ötən 17 ildə Ermənistan xaricdəki havadarlarının və erməni lobbisinin vasitəsilə bu məsələdə Türkiyəni xeyli dərəcədə çətinə sala bilib. Artıq dünyanın iri dövlətlər də daxil 20-dən çox ölkəsinin parlamenti "erməni soyqırımı"nı tanıyan qərar qəbul edib. Bu sırada Fransa, Almaniya kimi iri Avropa dövlətləri də var. Qeyd edək ki, ermənilər tarixi satalaşdırıraraq, heç bir dəlil-sübuta söykənmədən iddia edirlər ki, 1915-ci ildə Osmanlı dövləti imperiya daxilində (Şərqi Türkiyədə) yaşayan erməni millətindən olan vətəndaşlara qarşı soyqırımı həyata keçirib. Halbuki tarixi faktlara əsasən, yalnız Osmanlı dövlətinə arxadan zərbə vuran ermənilərin köçürülməsindən söhbət gedə bilər. Tarixdə erməni soyqırımı deyilən bir məsələ olmayıb və bunu əslində erməni fitnəsinə edən iri dövlətlər də bilir. Sadəcə, Türkiyəni ermənilərin əli ilə sıxışdırmaq onların işinə yarayır. Türkiyə müttəfiqinə arxa çevirməməlidir "Türkiyə prezidenti Ermənistana niyə gedir" sualına cavab axtaranların arasında "AKP hökuməti bununla ermənilərin soyqırım iddiasına son qoymaq niyyətindəir" qənaətinə gələnlər də var. Belədirsə bəs dost və qardaş Azərbaycanın maraqları harada qaldığ Qeyd etmək yerinə düşər ki, AKP hökumətinə qədərki Türkiyə iqtidarları Ermənistanla sərhədlərin açılması, Ermənistanla diplomatik münasibətlərin qurulması məsələlərinə gələndə həmişə Azərbaycanın maraqlarını önə çəkmiş, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını şərt kimi qoymuşdular. Bu dirəniş indiyə qədər davam edir. Türkiyə cümhuriyyəti daim müttəfiqi, dost və qardaş bildiyi Azərbaycanın yanında olub, Dağlıq Qarabağla bağlı danışıqlarda mənəvi dəstəyini əsirgəməyib. Təəssüf ki, hazırda bu məsələ söhbət mövzusu deyil. Sanki Türkiyənin hansı dövlətlə danışmaq, sərhədləri açmaq istədiyi unudulub. Sanki Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi, əsrin ən dəhşətli soyqırımı olan Xocalı qətliamını töərtdiyi də yaddan çıxıb. Türkiyə tək öz probleminə görə, ermənilərlə münasibətləri bərpa etmək, Ermənistanla sərhədləri açmaq, diplomatik münasibətlər qurmaq istəyirsə, bu yalnız təəssüf doğurur. Türkiyə ilə Azərbaycanın bir millət, iki dövlət olduğu yüksək tribunalardan bəyan olunub. Qərbin çaldığına oynayıb düşmən ölkə ilə münasibətlər qurmağa çalışanlar bunu unutmamalı, bu addamıla 50 milyonluq Azərbaycan türkünün heysiyyası ilə oynadıqlarını anlamalıdırlar. Ermənilər tarixən türk milləti ilə qonşu olublar. Tale bizi qonşu edib. Bu taledən qaçmaq olmaz. Amma Ermənistanın bir dövlət kimi Azərbaycan türklərinin torpaqlarında Rusiya tərəfindən yaradıldığını, türk dünyasını zəiflətmək istəyən dövlətlərin əlində oyuncağa çevrildiyini, zamanı gələndə yendən üzümüzə ağ olacağını bilmək, yadda saxlamaq lazımdır. Türkiyə bütün qonşuları ilə, o cümlədən Ermənistanla münasibətlər qura bilər. Amma şərtlər daxilində. Heç kim Ermənistanın iqtisadi blokadaya alınıb məhv edilməsini istəmir. Bu ölkə hər halda BMT-nin tanındığı sərhədlərə malik bir müstəqil dövlətdir. Amma eyni zamanda əsassız iddialarından əl çəkməli, işğal etdiyi torpaqlardan çıxmalıdır. Türkiyə-Ermənistan münasibətlərinin qurulması ermənilərin əsassız iddialarına, işğalçılıq siyasətinə son qoymayacaqsa, onda bu ilişgilərin qurulması türk millətinə arxa çevirməkdən başqa bir şey deyil. Nəticə nə olacaq? Türkiyə Ermənistanla sərhədləri açsa, diplomatik və siyasi münasibətləri bərpa etsə, Ermənistan xarici çıxış imkanları əldə edəcək. İqtisadi blokadadan çıxacaq, iş qurmağa gələn türk şirkətlərinin hesabına iqtisadiyyatını möhkəmləndirəcək və tədricən güclənəcək. Ola bilsin ki, beş-on il Türkiyənin başı üzərindəki "erməni soyqırımı" adlanan domokl qılıncı da götürülsün. Amma Ermənistan işğalçılıq siyasətindən lə çəkməyəcək. Bu ölkədə Qərbpərəst Petrosyan da hakimiyyətə gəlsə, Ermənistanın ilhaqçı siyasətdən əl götürəcəyi ağlabatan görünmür. Ermənistan istəsə belə, buna erməni lobbisi, supergüclər imkan verməz. Bu halda Türkiyə aldadıcı təkliflərə diqqətlə yanaşmalı və buna getməməlidir. Türk dünyasının erməni bəlasından qurtulmasının yeganə yolu, işğalçı dövlətin tamam iflasından keçir. Bunun üçünsə hazırkı siyasət davam etməli, Türkiyə Ermənistanla sərhədləri açmamılıdır. Bunun əksi olarsa, Türkiyəya qarşı Azərbaycan ictimaiyyətinin də münasibəti dəyişəcək. Aslan olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar